Ən varlı 5-ci adamın şirkəti 50 milyard dollar zərər açıqladı
90 yaşındakı ABŞ-lı məşhur sərmayəçi Warren Buffett-in şirkəti ilk rübdə 49,7 milyard dollar zərər edib. Keçən ilin eyni dövrdə 21,7 milyard dollar mənfəət əldə edən şirkət, koronavirus epidemiyası ilə əlaqədar olaraq tarixdəki ən böyük zərərinə imza atıb.Əfsanəvi sərmayəçi, 90 yaşlı Uaren Buffetin (Warren Buffet) qurucusu və İcraçı direktoru olduğu "Berkshire Hathaway" şirkəti 2020-ci ilin ilk rübündə 49,7 milyard dollar xalis zərər açıqlayıb.
Marja xəbər verir ki, bu rəqəm, şirkətin indiyə qədər qeyd etdiyi ən böyük zərərdir.
"Berkshire Hataway" keçən ilin eyni dövründə 21,7 milyard dollar xalis mənfəət açıqlamışdı.
Dünyanın ən varlı 5-ci adamı olan 90 yaşındakı Buffettin sərvəti də ilin əvvəlindən bu yana 17,2 milyard dollar azalaraq 72 milyard dollara geriləyib.
Maliyyədən sənayeyə, nəqliyyatdan pərakəndəyə qədər bir çox şirkətdə investisiyası olan "Berkshire Hataway", koronavirus epidemiyasından ən çox mənfi təsir görən şirkətlərdən biridir.
Birjada ticarət olunan "Berkshire Hataway" səhimləri ilin əvvəlindən bu yana təxminən 20% dəyər itirib.
"Berkshire Hataway" şirkətinin Apple, Bank of America, Coca-Cola, Wells Fargo və Kraft Heinz kimi nəhəng şirkətlərdə investisiyası var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























