Brandonline popularlaşır – artıq 20-dən çox biznes onlayn mağazasını işə salıb!
İnternet mağaza sahibkara 3 həftə ərzində təhvil verilir(®️) Dünya bir yerdə dayanmır, texnologiyalar inkişaf edir və milli brendlərin daha çoxu bizneslərinin irəliləyişi üçün interneti güclü bir alət kimi kəşf edirlər. Bu işdə onlara gənc olan lakin artıq əla rəylər və etibar qazana bilən Cubics şirkətinin Brandonline platforması köməklik edir.
Son hadisələr göstərdi ki, alıcıların əksəriyyəti onlayn sifarişlərin vaxta və pula qənaət etdiyini anlamışdır. Həqiqətən, əgər aldığınız əşya sizə “göndərilirsə”, o zaman niyə harasa getməlisiniz?
İnternetdə biznesin inkişafı sahibkarlar üçün də faydalıdır, çünki o, əlavə gəlir etməyə və alıcıların loyallığını artırmağa imkan yaradır. Bunda əlavə, sizin üçün region hüdudlarından kənara çıxmaq və müştəri bazasını mühüm dərəcədə genişləndirmək üçün fürsət yaranır. Əgər siz fiziki satış nöqtələrindən imtina edərək mağazanızı tam şəkildə internetdə yerləşdirməyə qərar verirsinizsə, bu halda əsas müsbət cəhət icarə haqqının ödənməsinə ehtiyacın qalmamasıdır.
Bununla da, internet-satış həm ilk dəfə sahibkar kimi çıxış etməyə cəhd edənlər üçün, həm də arxasında artıq müəyyən dərəcədə biznes təcrübəsi olanlar üçün uyğundur.
İnternet mağaza olduğu halda ziyarətçi alış-veriş haqqında qərarını baş səhifənin görünüşünə, məhsuıunu təsvirinə və foto şəkilinə əsaslanaraq verir. Hətta bu nöqteyi-nəzərdən Brandonline tam şəkildə bütün müasir tələblərə cavab verir. Məhsul çeşidinin internetə yüklənməsini, zəruri mətni hissənin əlavə olunmasını və fərdi domen adı ilə internet səhifəsinin işə buraxılmasını nəzərə alaraq, layihə tam olaraq sahibkara sadəcə 3 həftə ərzində təhvil verilir. Onlayn mağazanı şablona bağlılıq olmadan brendin firma üslubunda işə salmaq mümkündür, əlavə olaraq siz Android və iOS əməliyyat sistemləri bazasında istifadəyə hazır olan mobil tətbiqləri də əldə edirsiniz.
Brandonline platforması Xurcun, Clouds Kids Store, ELFF və digər milli brendlərlə əməkdaşlıq nəticəsində artıq bir çox uğurlu layihələrə imza atmışdır. Siz də cəhd edin!
“Brandonline” texnologiyası haqqında daha ətraflı məlumatı www.brandonline.az vebsaytında və ya
(+994 12) 480 15 74 telefon nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 20 saat sonra
- 18 saat sonra
-
13 d. əvvəl
“Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
-
24 d. əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 27 d. əvvəl
-
1 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan bankı Fevralın 1-dən tarixindən islami məhsullarını təqdim edəcək - ŞƏRTLƏR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş
Azərbaycan bankı Fevralın 1-dən tarixindən islami məhsullarını təqdim edəcək - ŞƏRTLƏR
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Rəsmi Bakı: Somaliləndin tanınması beynəlxalq hüquqa ziddir, Azərbaycan Somalinin ərazi bütövlüyünü tam dəstəkləyir
KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış KOBİA-nın yaranmasından 8 il ötür
Prezident 41,7 milyard manantlıq büdcəni təsdiqlədi





















