"AmCham Azərbaycan" Hökumətə yeni təkliflər təqdim edib
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi məqsədilə ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı üçün mütəmadi olaraq üzvlərinin müşahidə və rəylərini özündə əks etdirən tövsiyə sənədləri hazırlayır və müvafiq dövlət qurumlarına təqdim edir.
Belə sənədlərin sırasına AmCham Azərbaycan tərəfindən fərqli mövzularda tərtib edilən mövqe sənədləri də daxildir. Palata tərəfindən iki yeni mövqe sənədi hazırlanmışdır ki, bu sənədlər müvafiq olaraq dövlət satınalmaları və fərdi məlumatların mühafizəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təklifləri əhatə edir. Hər iki mövqe sənədi ölkə rəhbərliyinə və aidiyyəti qurumlara təqdim edilib.
Dövlət satınalmaları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair mövqe sənədində Azərbaycanda dövlət satınalmalarının tətbiqi zamanı həm satınalan təşkilatlar, həm də malgöndərənlərin qarşılaşdıqları məsələlər strukturlaşdırılmış və mövcud problemlərin aradan qaldırılmasına dair təkliflər öz əksini tapmışdır. Təkliflər satınalma prosesinin iştirakçılarının sərbəst şəkildə müsabiqələrdə iştirakının təmin edilməsi, qanunvericiliklə müəyyən edilən məhdudiyyət və müddətlərin yenidən işlənməsi, tenderin qiymətləndirilməsi prosesində çatışmazlıqların aradan qaldırılması, cari qanunvericilikdə olan ziddiyətlərin aradan qaldırılması və dəqiqləşdirmələrin aparılması məsələlərini əhatə edir.
Fərdi məlumatların mühafizəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair mövqe sənədində isə Avropa İttifaqının (Aİ) Ümumi Məlumatın Mühafizəsi Qaydalarının (General Data Protection Regulations - “GDPR”) ölkəmizdə tətbiq edilməsinə dair təkliflər yer alıb. Son dövrlərdə ölkəmizdə dövlət xidmətlərinin səviyyəsinin rəqəmsallaşdırılması prosesinin geniş vüsət almasını nəzərə alaraq, Aİ-nin müvafiq Qaydalarını nümunə kimi götürməklə, fərdi məlumatlar haqqında qanunvericiliyin yenidən nəzərdən keçirilməsinə ehtiyac duyulur. Bu zərurət ondan irəli gəlir ki, Aİ ilə ticarət əlaqələri olan və Aİ ölkələrinə xidmətlər göstərən ölkələr GDPR reqlamentinin əhatə dairəsinə aiddir. Həmçinin, GDPR prinsiplərinin Azərbaycanda tətbiqi ölkənin Aİ ölkələri ilə ticarət əlaqələrinə malik olan kommersiya sektoru üçün də vacibdir. Bu prinsiplərin ölkəmizdə tətbiqi beynəlxalq perspektivdə milli məlumat mərkəzlərinin resurslarının istifadəsi və xaricdən istifadəçilərin cəlb olunması baxımından da olduqca vacibdir. Müvafiq mövqe sənədində GDPR ilə uyğunluq prinsiplərinin tətbiqinə dair yol xəritəsinin işlənib hazırlanması və Azərbaycan Respublikasının fərdi məlumatlar haqqında qanunvericiliyinə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı tövsiyələr öz əksini tapmışdır.
Qeyd edək ki, AmCham Azərbaycan xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 270-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
3 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
4 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
4 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
4 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
Ən çox oxunanlar
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib





















