Macarıstan şirkəti AÇG və BTC-yə daxil oldu
Macarıstanın MOL şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və Azərbaycan neftinin əsas ixrac kəməri - Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində ABŞ-ın “Chevron” şirkətinin payını alması ilə bağlı tranzaksiya ötən gün tamamlanıb.
Bu barədə “Chevron” şirkəti məlumat yayıb.
“MOL Group” AÇG-də 9,57% və BTC-də 8,9%-lik payla səhmdara çevrilib.
“Chevron Global Ventures Ltd” 2019-cu ildə gündəlik 20 min barel neft ekvivalentində məhsul aldığı AÇG-dəki 9,57%-lik payını satıb. Həmçinin “Chevron BTC Pipeline” şirkəti BTC-dəki 8,9%-lik payının satışını həyata keçirib. Macarıstan şirkəti ilə alqı-satqının dəyəri 1,57 mlrd. ABŞ dolları təşkil edib. Tranzaksiya aprelin 16-da tamamlanıb",- məlumatda qeyd edilib.
Qeyd edək ki,”MOL” şirkəti ilə “Chevron” arasında saziş 2019-cu ilin noyabr ayında imzalanmışdı.
Sövdələşmənin başa çatması ilə MOL AÇG-nin üçüncü ən böyük tərəfdaşı olub.
Xatırladaq ki, AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan, təxminən, 100 km şərqdə dənizdə yerləşir. AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Bu saziş blokun 2049-cu ilin sonuna qədər işlənilməsini nəzərdə tutur.
AÇG-nin digər səhmdarları belədir: BP (30,37 faiz), SOCAR (25,0 faiz), INPEX (9,31 faiz), “Equinor” (7,27 faiz), “ExxonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), “ONGC Videsh Limited” (OVL) (2,31 faiz).
BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib














.jpg)




