ABŞ-ın xam neft ehtiyatları ötən həftə azalıb
ABŞ-da kommersiya məqsədli xam Neft ehtiyatları ötən həftə 2,2 milyon barrel azalıb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 2,2 milyon barrel (0,4 faiz) azalaraq 533,4 milyon barelə düşdüyünü açıqlayıb."Marja" xəbər verir ki, bazar gözləntisi, ehtiyatların 0,09 milyon barrel artması istiqamətində idi. Bir əvvəlki həftə isə xam neft ehtiyatları 1,6 milyon barrel qalxmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları da keçən həftə 0,6 milyon barrel (0,1 faiz) azalaraq 691,5 milyon barrelə enib.
Sözügedən dövrdə ABŞ-ın xam neft hasilatı, bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 36 min barel artımla 9,23 milyon barelə yüksəlib.
Ölkənin xam neft idxalı isə sözügedən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 28 min barel artımla 7,88 milyon barelə çatıb.
ABŞ-ın həftəlik benzin ehtiyatları sözügedən həftə 3 milyon barrel (1,2 faiz) azalaraq 236,1 milyon barrelə enib. Bazar gözləntisi 1,7 milyon barrel azalma olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,6 milyon azalmışdı.
Həftəlik kommersiya xam neft ehtiyatlarının sürpriz şəkildə azalmasının ardından qlobal bazarlarda neftin qiymətlərində qısamüddətli artım görüldü.
EIA göstəricilərinin açıqlanmasından ABŞ-ın Qərbi Texas tipi xam neftinin barrel qiyməti 53,62 dollara, Brent növü neftin barrel qiyməti də 56,39 dollara qədər yüksəlib. Daha sonra neft qiymətləri bir qədər geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
19 d. əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 41 d. əvvəl
-
-
1 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Yerli kibertəhlükəsizlik startapı "Cypho"ya Avropada ciddi maraq var"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı
























