SOCAR böyük sərmayə qərarını təxirə saldı
"20-30 dollar aralğında qiymətlərin bizim və tərəfdaşlarımızın sərmayə planlarına böyük təsiri oldu""SOCAR Türkiyə" şirkətinin rəhbəri Zaur Qəhrəmanov, "Düşən neft qiymətlərilə əlaqədar olaraq ikinci neft-kimya layihəmiz üçün son sərmayə qərarını 2021-ci ilin son rübünə təxirə saldıq" deyib.
Marja xəbər verir ki, Zaur Qəhrəmanov, yeni növ koronavirusun (Kovid-19) təsirilə neft-kimya məhsulları ixracını Avropadan Şərq ölkələrinə "sürüşdürdüklərini" qeyd edərək, "Neft qiymətlərinin 20 dollar səviyyəsinə qədər düşməsilə, hər kəs kimi biz də mənfi təsir gördük. Düşən neft qiymətləri səbəbilə ikinci neft-kimya layihəmiz üçün son sərmayə qərarını 2021-ci ilin son rübünə təxirə saldıq. İnanırıq ki, 45-55 dollar arasındakı qiymətlər Amerika, Səudiyyə Ərəbistanı və Rusiya ilə bərabər digər ölkələr üçün də ideal səviyyədir" deyib.
Qəhrəmanov, "SOCAR Türkiyə" şirkətinin Türkiyənin ən böyük birbaşa xarici investoru mövqeyində olduğunu qeyd edib.
Zaur Qəhrəmanob bildirib: "Star neftayırma zavodumuz tam gücü ilə işləməyə başlamışdı. Təəssüf ki, Covid-19 bizim layihələrimizə də təsir edir. Bu anda ən əhəmiyyətli mövzu istehlakdır. SOCAR olaraq biz 15 ölkədə çalışırıq və istehlakda 50-60%-ə çatan azalma yaşanır. Uçuş qadağaları səbəbilə reaktiv yanacaq istehlakı da çox azalıb. Yeni bir neftayırma zavodu olduğu üçün sahib olduğumuz texnologiya bizə istehsal elastikliyi təmin edir. Biz də reaktiv yanacağı istehsalımızı mart ayından dizelə çevirdik. Dizel istehlakında da son bir ayda 15% azalma olub. Karantin davam etdiyi müddətdə bu azalma davam edəcək. Hesablamalarımıza görə, istehlakdakı azalma 40%-ə çatsa bizim də neftayırma zavodunun istehsalını 10-15% azaltmağımız lazım olacaq. Təbii ki, olmamasını ümid edirik, amma hər cür ssenariyə hazırıq. Bizim bir üstünlüyümüz də neftayırma zavodumuzun neft-kimya qolunun olmasıdır. Neft-kimya təsisimizdə istehsal bu anda yaxşı gedir. Amma bütün istehsalımıza baxdığımızda bu vəziyyət 2-3 ay daha davam etsə, bizim də bəzi addımlarımızı atmamız lazım olacaq".
Zaur Qəhrəmanov, "Sizin Türkiyədə ikinci neft-kimya sərmayəsi planınız vardı. O layihənin təqvimində bir dəyişiklik olub? sualına belə cavab verib:
"Sərmayə təqvimimizdə bir geriləmə olacaq. Bilindiyi kimi neft qiymətlərinin 20 dollar səviyyəsinə qədər düşməsilə hər kəs kimi biz də təsirləndik. 20-30 dollar aralğında qiymətlərin bizim və tərəfdaşlarımızın sərmayə planlarına böyük təsiri oldu. İkinci neft-kimya zavodu üzrə son sərmayə qərarını 2020-ci ilin sonunda verməyi planlaşdırırdıq, lakin düşən neft qiymətləri səbəbilə ikinci neft-kimya zavodu layihəmiz üçün son sərmayə qərarını 2021-ci ilin son rübünə təxirə saldıq.
Qəhrəmanov, "Neft qiymətlərinin hansı səviyyədə olması lazımdır ki istehsalçı və istehlakçı ölkələr üçün davam etdirilən bir bazar ortaya çıxsın? sualını da cavablandırıb
"İnanırıq ki, 45-55 dollar arasındakı qiymətlər Amerika, Səudiyyə Ərəbistanı və Rusiya ilə bərabər digər ölkələr üçün də ideal səviyyədir. Bu qiymətlər meydana gəlsə, ənənəvi neft istehsal edən ölkələrin hamısı üçün doğru bir qiymət ola bilər. Amerikanın çıxardığı şist neftində də xərclər bir barel üçün 30-35 dollar səviyyəsindədir. Onlarara da mövcud qiymətlər sərf etmir. Bu səbəbdən 45-55 dollar aralğı bütün tərəflər üçün ideal səviyyədir".
Xatırladaq ki, BP və “SOCAR-Türkiyə” şirkəti yeni neft-kimya layihəsini reallaşdırmağı nəzərdə tutur. Kompleks “SOCAR-Türkiyə”nin Aliağadakı Xüsusi Sənaye Zonasında yerləşəcək. STAR neft emalı zavodu və Petkim neft-kimya kompleksi də həmin ərazidə yerləşir.
Müştərilərin xəbərləri
AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private Banking”ə çevrildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
4 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
4 d. əvvəl
ABB-nin dəstək verdiyi uşaq futbol komandamız Madriddən medalla qayıtdı
-
21 d. əvvəl
“360° Cyber” günü: "B&B Security" AI dövrünün kibertəhlükəsizlik həllərini təqdim edib - FOTOLAR
- 35 d. əvvəl
- 46 d. əvvəl
- 53 d. əvvəl
- 56 d. əvvəl
-
2 saat əvvəl
Gələcəyin iqtisadçıları üçün müasir yatırım dərsləri: İnvestAZ mütəxəssislərindən Master Klass
- 2 saat əvvəl
-
2 saat əvvəl
EGA şirkəti Legal 500 və ACCA tərəfindən beynəlxalq səviyyədə tanınıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı
Avropada zəhərli uşaq qidası təşvişi yaşanır
Gələcəyin iqtisadçıları üçün müasir yatırım dərsləri: İnvestAZ mütəxəssislərindən Master Klass
Ən çox oxunanlar
AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private Banking”ə çevrildi
Baku Steel Company Almaniyada Tube 2026 sərgisində
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
Mərkəzi Bank sığorta şirkətinin lisenziyasını ləğv etdi
"Azərpoçt"a yeni rəhbər təyin edilib





.jpg)









.jpg)






