Neftin qiymətilə bağlı proqnozlar pisləşdi
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bu il və gələn il üçün neft qiymətləri proqnozunu aşağı salıb.
"Marja" xəbər verir ki, EIA-nın aprel ayı hesabatında, ABŞ-ın xam neft istehsalındakı artımın və qlobal neft təklifindəki yüksəlişin daha sürətli olmasının gözlədiyinə işarə edilib və bu səbəblə 2017 və 2018 illəriə dair neft qiymətləri proqnozunun aşağı salındığı bildirilib.
Hesabatda ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftinin orta hesabla barrel qiymətinin bu il 52 dollar olmasının gözləndiyi, Brent tipli xam neftin orta hesabla barrel qiymətinin bu il 54 dollar olmasının nəzərdə tutulduğu məlumatına yer verilib.
EIA, keçən ay yaydığı hesabatında, WTI növü xam neftin builki orta hesabla barrel qiymətinin 54 dollar, Brent tipi xam neftin builki orta hesabla barrel qiymətini də 55 dollar olaraq təxmin edildiyini bildirmişdi.
Gələn ilə dair WTI növü xam neftin barrel qiyməti proqnozunu 56 dollardan 55 dollara salınıb, Brent tipli xam neftin barrel qiyməti proqnozu isə 57 dollarda sabit saxlanılıb.
EIA, həmçinin, aprel ayı hesabatında ABŞ-ın 2017-ci ildə xam neft hasilatı proqnozunu gündəlik orta hesabla 9,2 milyon barreldə sabit saxlayıb, 2018-ci il xam neft istehsal proqnozunu isə artırdığını açıqlayıb. ABŞ-ın gələn ilki xam neft istehsalı gözləntisi gündəlik orta hesabla 9,7 milyon bareldən orta hesabla 9,9 milyon barelə qaldırılıb.
Qlobal neft hasilatına dair proqnozunu da dəyişən EIA, dünya üzrə neft hasilatının bu il gündəlik orta hesabla 98,2 milyon barel əvəzinə 98,3 milyon barel və gələn il də gündəlik orta hesabla 99,9 milyon barel əvəzinə 100,2 milyon barel olacağını ehtimal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)





