"Bu zavodun yaradılmasına 15 milyon dollar sərmayə qoyulub"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Qazaxda əhəng zavodunun açılışında iştirak edib.
Xəbər verdiyimiz kimi, Qazax rayonunda“Mətanət A” şirkətinə məxsus “Azerlime” əhəng zavodu istifadəyə verilib.
Bu zavodda istehsal olunan keyfiyyətli əhəng məhsulundan metallurgiya, qida, əczaçılıq, su təmizlənməsi, kənd təsərrüfatı, səhiyyə, kimya, plastik məmulat, şüşə və mədən sənayeləri kimi vacib sektorlarda istifadə edilir.
Hazırlanan məhsulların 60 faizi daxili bazarın tələbatının ödənilməsi, 40 faizi isə ixracat üçün nəzərdə tutulur.
Zavodda istehsal olunan yeni növ “Azerlime” suvaq üçün əhəng məhsulu inşaat sektorunda inqilabi yenilikdir. Müəssisənin istehsal prosesində ekoloji təmiz məhsul əldə etməyə və enerjiyə qənaətə xüsusi diqqət yetirilir. Bu isə öz növbəsində, məhsulun maya dəyərini aşağı salır.
1000 MANAT ƏMƏKHAQQI ALAN VAR
“Azerlime” əhəng zavodunun icraçı direktoru Fuad Bəşirov bildirib ki, zavodun yaradılmasına 15 milyon dollar sərmayə qoyulub: “Bunun 9 milyonu dövlətimizin dəstəyi hesabına başa gəlib. Eyni zamanda, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə də biz bu layihə üçün təşviq sənədi almışıq. Bu gün 250 iş yerinin açılmasını nəzərdə tuturuq. Orta aylıq əməkhaqqı da 500 manat olacaq. Mütəxəssislər arasında isə 1000 manat, 800 manat əməkhaqqı alanlar da var. Bu işçilərin əksəriyyəti Daş Salahlı kəndindəndir. Burada maraqlı bir məqam var, bu gün elə ailələr var ki, Daş Salahlı kəndində hər iki valideyn müasir zavodda işləyir, övladını da bağçaya qoymaq imkanı yaranıb. Bu, nədən irəli gəlir? Bu, yüksək infrastrukturun, müasir bağça və məktəblərin yaradılmasından irəli gəlir. Bu, eyni zamanda, bir mədəni inqilabdır. Bu gün artıq mədəni yanaşma da dəyişir”.
HƏMÇİNİN OXU: Qazaxda iri zavod işə düşdü
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)






