8%-dən və 10 milyon manatadək “İxraca dəstək” krediti!
(®) Azərbaycan Beynəlxalq Bankı istehsal və ixracla məşğul olan sahibkarlar üçün yeni “İxraca dəstək” kredit məhsulunu və “İxraca dəstək” tarif paketi aksiyasını təqdim edir.
Bank yeni kredit məhsulu üzrə krediti öz daxili vəsaitləri hesabına ayırır. Bu isə o deməkdir ki, sənədləşmə prosesi sadə və kreditin verilməsi qərarı daha sürətlidir.
Kreditin məbləği 100 min manatdan 10 milyon manata qədərdir. Müddəti isə 60 ayadəkdir. Bank əsas vəsaitlərə investisiya təyinatlı “İxraca dəstək” krediti almış sahibkarlara 24 aya kimi güzəşt müddətindən faydalanmaq imkanı yaradır. Belə ki, sahibkarlar bu müddətdə yalnız faiz borclarını ödəyirlər. Bank sahibkarlara ödənişin forma və qrafikini seçməkdə də sərbəstlik verir.
Azərbaycan Beynəlxalq Bankının bu məhsulundan istehsalla məşğul olaraq öz məhsulunu xaricə ixrac edən hər bir sahibkar faydalana bilər. Bu imkan Bankın yeni müştərilərinə də şamil olunur.
Kreditin rəsmiləşdirilməsinə görə xidmət haqqı nəzərdə tutulmur. Kreditin faiz dərəcəsi müştərinin ixrac təşviq sənədinin mövcudluğundan, fəaliyyət sahəsindən, bankla əməkdaşlıq tarixçəsindən və bank hesablarındakı dövriyyəsindən asılı olaraq dəyişir və 8%-dən başlayır.
“İxraca dəstək” kreditindən faydalanan müştərilər 1 iyun 2020-ci il tarixinədək xüsusi hazırlanmış “İxraca dəstək” tarif paketi aksiyasından da faydalana bilər. Tarif paketi çərçivəsində kredit məbləği dəyərində köçürmələr üzrə heç bir komissiya haqqı tutulmur. Sənədli əməliyyatlar üzrə komissiya haqqında 50% endirim edilir və müştəri Bankın güzəştli valyuta məzənnəsindən istifadə edir. “İxraca dəstək” kreditini bankın bütün filiallarından əldə etmək mümkündür.
Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, qeyri-neft sektorunun inkişafına, ölkəmizin ixrac potensialının genişləndirilməsinə dəstək bankın fəaliyyətində xüsusi yer tutur: “Ümid edirik ki, bu addımımız sahibkarlar üçün yeni imkanlar açacaq. Məhsullarını dünya bazarına çıxaran sahibkarlarımıza böyük kömək göstərəcək. Azərbaycan Beynəlxalq Bankının sərfəli şərtlərlə təqdim etdiyi “İxraca dəstək” krediti və tarif paketi Azərbaycan sahibkarının rəqabət qabiliyyətli məhsul istehsalına və ixracına təkan verəcək”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
-
7 saat əvvəl
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
-
7 saat əvvəl
Bakı metrosundan “BakuBus” “Bakı Taksi Xidməti”nin ona qoşulması barədə açıqlama
-
8 saat əvvəl
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
-
8 saat əvvəl
"Azərmaş Group" istiqraz buraxılışı yolu ilə 10 milyon dollar borc alır
-
8 saat əvvəl
“Trendyol Plus” Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər
-
8 saat əvvəl
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
- 8 saat əvvəl
-
9 saat əvvəl
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
-
9 saat əvvəl
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
“Alp Delux” şadlıq evinin ətlərində at DNT-si aşkarlanıb
“BakuBus” və “Bakı Taksi Xidməti” ləğv edilir
“Bakı Metropoliteni” yenidən təşkil ediləcək - FƏRMAN
"İnflyasiya pronozlarının artırılması, növbəti aylarda faizlərin də artırılacağı demək deyil"






.jpg)








.jpg)







