"Caspian Development Bank" 2017-yə mənfəətlə başlayıb
"Caspian Development Bank (CDB)" ASC 2017-ci ilin 1-ci ilin rübünü 652,7 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, Bank ilk 3 ayda faiz gəlirləri üzrə 2 milyon 598 min manat gəlir əldə etməsinə qarşı qeyri-faiz gəlirləri üzrə 1 milyon 688 min manat zərər edib. Üstəlik Bankın faiz xərcləri 553,18 min manat, qeyri-faiz xərcləri də 969,79 min manat təşkil edib. Nəticədə də Bank ilk rübdə 613,78 min manat əməliyyat zərəri edib. Lakin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan 1 milyon 266 min manat mənfətə əlavə edildiyindən, "Caspian Development Bank” birinci rübü 652,72 min manat xalis mənfəət ilə başa vurub. Bank 2016-cı ilin birinci rübündə də ehtiyatlardan 5 milyon 123.3 min manat mənfəətə əlavə edilməsi hesabına 5 milyon 502 min manat xalis mənfəət açıqlamışdı.
Bu ilin birinci rübündə "Caspian Development Bank”da ehtiyatlardan 1 milyon 266 min manatın azad olması Bankda ödəmə vaxtı keçmiş kreditlərin bir qisminin geri ödənildiyinə işarə edir.
AKTİVLƏRİ VƏ KAPİTALI ARTIB
31 Mart 2017-ci il tarixinə "Caspian Development Bank” ASC 142 milyon 368 min manat cəmi aktivlərə, 75 milyon 923 min manat cəmi öhdəliklərə, 66 milyon 444 min manat cəmi kapitala malik olub. Bank ötən 31 Mart 2016-cı il tarixində 120 milyon manat cəmi aktivlərə, 55 milyon 464 min manat cəmi öhdəliklərə, 64 milyon 536 min manat cəmi kapitala malik idi.
"Caspian Development Bank" "Synergy Group"a daxildir.
“Caspian Development Bank (CDB)” Açıq Səhmdar Cəmiyyəti 1988-ci ildə “Universal Bank” Kommersiya Bankı kimi Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş ilk kommersiya banklarından biridir. 24 sentyabr 2001-ci il tarixdə bankın adı dəyişilərək "Kövsər Bank" ASC, 26 yanvar 2015-ci il tarixdə isə “Caspian Development Bank (CDB)” ASC adı altında yeni lizensiya alınmışdır.
Bu lisenziyaya əsasən, Bakı şəhərində yerləşən “Caspian Development Bank (CDB)” ASC, geniş spektrdə bank və digər maliyyə xidmətləri təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
16 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 16 saat əvvəl
-
18 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























