Azərbaycanda ilk kripto valyuta məlumat mərkəzi açılıb
“Baku Mall” Ticarət və Əyləncə Mərkəzində Azərbaycanda ilk kripto valyuta məlumat mərkəzi (“e- DİNAR Coin”) açılıb.
“Marja” xəbər verir ki, mərkəzin rəhbəri Qurbanəli Ömərdir.
Kripto valyuta birjasından danışarkən o bildirib ki, dünyanın ilk kripto valyutası olan “Bitcoin” artıq həm ən dəyərli, həm də ən işlək valyutaya çevrilib:
“Bundan başqa “coinmarketcap” ın məlumatına görə dünyada 700- dən artıq gerçək kripto valyuta var ki, müxtəlif birjalarda “exchange” olunur və ayrı- ayrı “online” və “offline” ticarət mərkəzlərində tədavül vasitəsi kimi qəbul olunur. “ e- DİNAR Coin” də məhz bunlardan biridir. Bu digital valyutanın hazırda 9 ölkədə rəsmi məlumat mərkəzləri var”.
O vurğulayıb ki, yaxın günlərdə bu sektorun faydalı və riskli tərəfləri haqda insanları maarifləndirmək üçün təlim və seminarlara başlanacaq.
“e- DİNAR Coin” 18 birjada iş görən 21- ci əsrin ən müasir kripto-valyutasıdır. Siz dünyanın bir neçə ölkəsində rəsmi ofisi olan və pul vahidi kimi qəbul edilən bu digital valyutanın coinmarketcap.com saytından gündəlik məzənnəsi ilə tanış ola, exchange saytları ilə isə anında pulunuzu dollara, avroya və Bitcoinə çevirə bilərsiz.
Hazırda “e- DİNAR Coin”in qiyməti 0.09 dollardır. Bu virtual valyutaya investisiya yatıranlar ilin sonunda onun dəyərinin 2 dollara çıxacağını gözləyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)







.jpg)







