“ABB-Moskva” Bankı prosessinq mərkəzini dəyişib
“ABB-Moskva” Bankı (“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin törəməsi) “KartStandart” prosessinq mərkəzinin prosessinq güclərinə miqrasiya edib.
Bu barədə prosessinq mərkəzinin məlumatında deyilir.
“Əminik ki, “KartStandart”da xidmətə keçid bankın kart ilə biznesinə yeni təkan verəcək. Biz yüksək ixtisaslı dəsətək və yüksək səviyyəli texnoloji təchizat və təhlükəsilzik, müştərilərimiz isə ən müasir və rahat ödəniş xidmətləri əldə edəcəklər”, - bankın idarə heyətinin sədri Zaur Qaraisayev bildirib.
Öz növbəsində, “KartStandart” prosessinq mərkəzinin direktoru Maya Qlotova bildirib ki, prosessinq mərkəzinin texnoloji və təşkilati hazırlığı, mütəxəssislərimizin zəngin təcrübəsi və “ABB-Moskva” komandasının yüksək peşəkarlığı layihəni vaxtında, fasiləsiz və kart sahibləri üçün hiss edilmədən reallaşdırmağa imkan verib.
“Qarşıda bankın kart məhsullarının funksionallığının inkişafı üzrə maraqlı iş var”, - Qlotova belə hesab edir.
“ABB-Moskva” Bankı MMC “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Rusiyadakı törəməsidir.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. ABB-nin əsas səhmdarı Maliyyə Nazirliyidir.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
2 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
2 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
7 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 13 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb

























