GoldenPay şirkətinin tələbə təqaüdçüləri ilə görüşü baş tutub
® Ölkəmizdə təhsilin inkişafı üçün bir sıra sosial layihələr həyata keçirən GoldenPay bu sahədə fəaliyyətini davam etdirir.
Şirkətin 2018-ci ildən etibarən təqdim etdiyi SABAH Qrupu tələbələrinə Təqaüd Proqramının 2020-ci il üçün nəticələri müəyyən edilib. Yanvarın 24-də GoldenPay şirkətinin , Məhsulların inkişafı və Marketinq üzrə Baş direktor Tuğba Uçar Təqaüd Proqramının qalibləri ilə görüşüb və onları təbrik edərək, suallarını cavablandırıb və gələcək karyeralarında uğurlar arzulayıb.
Bir çox universitetləri əhatə edən bu proqrama qatılmaq üçün müxtəlif təhsil ocaqlarından onlarla SABAH Qrupu tələbələri müraciət edib. Oktyabrın 30-dan başlanan mərhələli seçim prosesinin sonunda 3 tələbə GoldenPay-in Təqaüdçüsü adına layiq görülüb. Proqram qalibi olan bu 3 tələbə 2020/2021 təhsil ili müddətində GoldenPay şirkəti tərəfindən hər təhsil ayı üçün müəyyən edilmiş məbləğdə təqaüd alacaqlar. Belə ki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universitetinin SABAH Qrupunda təhsil alan tələbələr bu fəxri Təqaüd proqramına layiq görüldülər.
Hesab.az-da edilən yeniliklərdən ən birinci xəbərdar olmaq üçün Hesab.az-ı sosial media kanallarında ( https://www.facebook.com/hesabaz/ , https://www.instagram.com/hesabaz/ ) izləməyi unutmayın.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)







