“AccessBank” böyüyüb, gəlirləri artıb
2019-cu ildə “AccessBank” QSC-nin zərərinin təxminən 100 milyon manat təşkil edəcəyi gözlənilsə də, faktiki zərər proqnozdan aşağıdır.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, “AccessBank” 2019-cu ili 89 milyon 704 min manat xalis zərər ilə başa vurub.
Ötən ilin 9 ayında “AccessBank”ın xalis zərəri 90 milyon 501 min manat təşkil etmişdi. Beləliklə, Bank 4-cü rübdə mənfəət əldə edib və zərərini azaldıb.
2019-cu ildə “AccessBank”ın cəmi gəlirləri 123 milyon 811 min manat, cəmi xərcləri 110 milyon 29 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 13 milyon 782 min manat əmliyyat mənfəəti yaranıb. “AccessBank” ötən il aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 103 milyon 486 min manat ayırdığından ili 89 milyon 704 min manat xalis zərər ilə bağlayıb.
GƏLİRLƏRİ ARTIB
2018-ci ildə faiz gəlirləri 88 milyon 71 min manat ikən 2019-cu ildə 95 milyon 887 min manat təşkil edib. 2018-ci ildə qeyri-faiz gəlirləri üzrə 8 milyon 974 min manat zərər yarandığı halda 2019-cu ildə 27 milyon 924 min manat gəlir əldə edilib.
Qeyd edək ki, “AccessBank” 2018-ci ili 11 milyon 579 min manat zərər ilə bağlamışdı.
"Biznes plana əsasən, kapitallaşmanın baş tutduğu il ərzində (2019-cu il) bankın zərəri təxminən 100 milyon manat təşkil edəcək. Zərər ehtiyatların yaradılması ilə bağlıdır. Zəruri ehtiyatlar yaradıldığı üçün gələcəkdə kapitalımız üçün heç bir təhlükə yoxdur. “AccessBank” 2020-ci ildə birmənalı şəkildə mənfəətə çıxacaq",- AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini Yevgeniya Qaşikulina “Marja”ya müsahibəsində bildirmişdi.
HƏMÇİNİN OXU:"2020 AccessBank üçün mənfəət ilidir" - MÜSAHİBƏ
BANK BÖYÜYÜB
31 Dekabr 2019-cu il tarixində “AccessBank” 897 milyon 886 min manat cəmi aktivlərə malik olub və aktivlərin 536 milyon 428 min manatını xalis kreditlər və lizinqlər təşkil edib.
2018-ci ildə “AccessBank” 878 milyon 688 min manat cəmi aktivlərə malik idi və aktivlərin 542 milyon 488 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi.
DEPOZİT PORTFELİ BÖYÜK MƏBLƏĞDƏ ARTIB
2018-ci illə müqayisədə 2019-cu ildə “AccessBank”ın depozit portfeli 159 milyon 822 min manat artaraq 660 milyon 960 min manata yüksəlib.
2019-cu ilin sonunda “AccessBank” 76 milyon 90 min məcmu kapitala malik olub.
Xəbər verdiyimiz kimi, "AccessBank"ın 2020-2022-ci illər üzrə strateji inkişaf planı təsdiqlənib. Sənədə əsasən, biznesin həcminin genişləndirilməsi, əməliyyat effektivliyinin və risklərin idarəolunması sisteminin səmərəliyinin artırılması 2020-ci il və növbəti dövr üçün əsas prioritet olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
45 d. əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
-
51 d. əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
1 saat əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
1 saat əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Ən çox oxunanlar
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı



















