“Bank BTB” 2019-da mənfəətini 10 dəfə artırıb
Bank BTB 2019-cu ili 7 milyon 523 min manat xalis mənfəət ilə başa vurub.
Bankın yaydığı press-relizdə bildirilir ki, bu göstərici 2018-ci ilin xalis mənfəəti ilə müqayisədə 10,5 dəfə çox, yəni, 6 milyon 809 min manat artım deməkdir. “Bank BTB” ASC 2018-ci ili 704 min manat xalis mənfəət ilə başa vurmuşdu.
2018-ci il ilə müqayisədə 2019-cu ildə Bank BTB-nın faiz gəlirləri 2 milyon 949 min manat və ya 15% artaraq 22 milyon 17 min manat, qeyri-faiz gəlirləri isə 210 min manat və ya 3% artaraq 6 milyon 797 min manat təşkil edib.
2019-cu ilin göstəricilərinə əsasən Bank BTB-nin cəmi aktivləri 341 milyon 542 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artım deməkdir.
Bank BTB 2019-cu ildə müştərilərini kredit məhsulları ilə təmin etmiş və həmin dövr ərzində kredit portfelini 14% artıraraq ümumi kredit portfelini 212 milyon 934 min manata çatdırmış, bununla da kreditləşmədə ciddi artım əldə etmişdir.
Müştəri portfelini genişləndirən Bank BTB 2019-cu il dövrü ərzində fiziki şəxs müştərilərinin sayında 5%, hüquqi şəxs müştərilərinin sayında 26%, plastik kartların sayında 31%, nağdsız əməliyyatlar üzrə dövriyyədə isə 20% artıma nail olmuşdur.
Press-relizdə qeyd edilib ki, hər il olduğu kimi 2019-cu il dövrü ərzində də Bank BTB təklif etdiyi kredit məhsulları və əlçatan xidmətləri ilə müştərilərin inam və etimadını qoruyub saxlaya bilmişdir. Bunun nəticəsi olaraq, 2019-cu ildə bankın depozit portfeli 133 milyon 344 min manata çatmışdır. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur. Qeyd edək ki, müştəri depozitləri əsasən tələbli və müddətli hesablarda uyğun olaraq 32% və 68 % nisbətində cəmlənmişdir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə Bank BTB-nin faiz xərcləri 900 min manat, yəni 8% artaraq 11 milyon 788 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 133 min manat, yəni 8% artaraq 14 milyon 472 min manat təşkil edib.
“2019-cu il Bank BTB üçün çox uğurlu olub, bunu bütün biznes göstəriciləri üzrə əldə etdiyimiz uğurlu maliyyə nəticələri təsdiqləyir. Bu, müştərilərə keyfiyyətli maliyyə xidmətləri göstərən komandamızın gərgin əməyinin nəticəsidir. Bu il bankın yeni biznes strategiyasının birinci ilini tamamladıq. Strategiyamıza uyğun olaraq 2020-ci il üçün daha da iddialı hədəflərimiz var” – deyə “Bank BTB”nın İdarə Heyəti sədrinin birinci müavini Rüfət Abbasov qeyd edib.
”Məlumat üçün, Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
46 d. əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
-
52 d. əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
1 saat əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
1 saat əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Ən çox oxunanlar
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı




















