Kirayə mənzillərə müraciətlərin qəbulu təxirə salındı - RƏSMİ AÇIQLAMA
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün bu gün saat 10-da müraciətlərin qeydiyyata alınması nəzərdə tutulsa da, gecikmə baş verib.
İpoteka və Kredit Zəmanət Fondundan bildirilib ki, hazırda e-gov.az portalına məlumatların daxil edilməsi prosesi davam edir. Buna görə də qeydiyyatın başlanması müvəqqəti olaraq təxirə salınıb. Yükləmə prosesi tam yekunlaşdıqdan sonra portalda qeydiyyat bölümü aktiv olacaq.
Kirayə mexanizmi çərçivəsində elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində, saat 10:00-dan başlanılacağı açıqlanmışdı. Saat 11:30-da keçsə də, hələ də "Elektron ipoteka və kredit zəmanət" sisteminə daxil olmaq mümkün deyil.
Hazırda "Elektron ipoteka və kredit zəmanət" sisteminə daxil olduqda qarşıya belə bir mesaj çıxır:
"Elektron ipoteka və kredit zəmanət" sistemi vasitəsilə təqdim edilən "Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi" xidmətində texniki təkmilləşdirmələr aparıldığı üçün xidmət müvəqqəti dayandırılmışdır. Xidmətin fəaliyyətə başlanması vaxtı barədə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən əlavə məlumat veriləcəkdir".
© Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Ən çox oxunanlar
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb





















