10 gündə 2 mağaza – SAYI 30-U KEÇƏCƏK
“İrşad Electronics” mağazalarının sayı artırılır.
“Marja” xəbər verir ki, 10 yanvar tarixindən etibarən “İrşad Electronics” yenilənmiş “Sahil mağazası”nı müştərilərinin istifadəsinə təqdim edəcək.
Yeni tərtibat üslubunda fəaliyyətə başlayan mağaza Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi ev 77 ünvanında yerləşir. Rəsmi açılış ilə əlaqədar olaraq Sahil mağazasını ziyarət edəcək müştərilər üçün hədiyyəli aksiya təşkil edilir.
“İrşad Electronics 2019-cu ildən başlayaraq xidmət şəbəkəsini genişləndirməklə yanaşı mağazaların interyer dizaynlarını da müasir standartlara uyğun yeniləyir. 5 yanvar 2020-ci il tarixində növbəti yeni Qəbələ mağazası artıq müştərilərin istifadəsinə verilmişdir.
Həyata keçirilən işlərin məqsədi müştərilərə göstərilən xidmət keyfiyyətinin səviyyəsini qaldırmaq və daha əlçatan olmaqdır.
Hazırda, Azərbaycanda 30 mağaza və təmir xidmət mərkəzi fəaliyyət göstərir ki, onlardan 21-i Bakıda, 1-i Masazırda, 1-i Xırdalanda, digərləri isə regionlarda yerləşir.
“50 hədiyyə” aksiyası
10 yanvar tarixində Sahil mağazasında həm nağd, həm də hissə-hissə ödəmə şərti ilə 200 manat məbləğində alış-veriş edən müştərilər dəyəri 1000 manatadək olan 50 hədiyyədən birini əldə edə biləcəklər.
Hədiyyələr sırasına mobil telefonlar, soyuducu, paltaryuyan, TV, soba, tozsovuran və s. kimi qiymətli avadanlıqlar daxildir. Hədiyyələrin sayı məhdud olduğu üçün qeyd edilən şərtlərə uyğun olan ilk 50 müştəri bu şansdan yararlana biləcək.
Bundan əlavə 10 yanvardan 31 yanvaradək yeni Sahil mağazasının açılışı münasibətilə müştərilər bütün məhsulları ilkin ödənişsiz, faizsiz və komissiyasız olmaqla 18 ayadək hissə-hissə ödəmə şərti ilə əldə edə bilərlər. Nağd alış zamanı müştərilərə 40%-dək endirimlər təqdim edilir.

Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
3 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
4 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib

























