Azərbaycanda devalvasiya ehtimalını bugün əsassız edən profisit - 4 MİLYARD DOLLAR
Azərbaycan Mərkəzi Bankın məlumatına görə, 2019-cu ilin 9 ayı ərzində Azərbaycanın tədiyyə balansının profisiti (artıqlığı) 4 milyard 167 milyon dollar təşkil edib. Başqa sözlə, beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan valyutanın həcmi xaricə çıxan valyutanın həcmini kəskin üstələyib, nəticədə ölkəmizin valyuta ehtiyatları 4 milyard 167 milyon dollar artıb. Bu, hazırda devalvasiya üçün əsas olmadığını göstərir.
DEVALVASİYA İLƏ ƏLAQƏSİ
Adətən, bir ölkə milli valyutasını devalvasiya edirsə, deməli, o ölkənin tədiyyə balansında kəsiri var. Yəni, ölkədən çıxan valyuta ölkəyə daxil olan valyutadan çoxdur. Dövlətlər kəsiri azaltmaq üçün devalvasiyaya gedirlər. Necə edilir? Dövlətlər devalvasiya edərək pul vahidlərinin dəyərini aşağı salırlar. Nəticədə xaricdən alınan məhsullar, yəni idxal bahalaşdığına görə azalır və daxili istehsal məhsullar ucuzlaşdığı üçün ixrac artır. Bu sayədə idxal və ixrac balansının tarazlaşdırılması məqsədi güdülür. Amma hər zaman devalvasiya uğurlu olmur və müsbət nəticə vermir. Əgər ixrac ediləcək məhsullar ölkədə yetərli miqdarda istehsal edilmirsə devalvasiya bir işə yaramır və idxal yenidən artır.
"Marja"nın məlumatına görə, Azərbaycanın tədiyyə balansında kəsir deyil, profisit (artıqlıq) söz mövzusudur. Bu baxımdan devalvasiya riski çox azdır.
Azərbaycanda ilk devalvasiya 21 fevral 2015-ci il tarixində baş vermişdir. Həmin tarixin olduğu rübdə (2015-ci ilin yanvar-mart dövründə) Azərbayacanın tədiyyə balansının kəsiri 4 milyard 591 milyon dollar, 2015-ci ilin yanvar-dekabr aylarında isə 11 milyard 329 milyon dollar təşkil etmişdi. Başqa sözlə, ölkədən çıxan valyutanın məbləği daxil olan valyutanın məbləğini 11 milyard 329 milyon dollar üstələmişdi. Həmin il Mərkəzi Bank 2 dəfə davalvasiya gedərək valyutanın xaricə axmasını məhdudlaşdırdı, eyni zamanda, neftin qiymətinin də yüksəlməsi ilə tədiyə balansının kəsiri 539 milyon dollar gerilədi.
ÖLKƏYƏ VALYUTA AXINI NEFTİN HESABINADIR
2019-cu ilin 9 ayı üzrə tədiyə balansının ümumi profisiti əsasən neft qiymətinin yüksək olması hesabına formalaşmışdır. Belə ki, 2019-cu ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 21.3% azalaraq 4 milyard dollar təşkil etmişdir (2018-ci ilin eyni dövründə 5 milyard 88 milyon dollar).
Neft-qaz sektoru üzrə profisit ötən ilin müvafiq dövrünə nəzərən 6.9% (677 milyon dollar) azalaraq 9.2 milyard dollar, qeyri-neft sektoru üzrə Cari Əməliyyatlar Balansının kəsiri isə 8.5% (408 milyon dollar) artaraq 5.2 milyard dollar məbləğində olmuşdur. Nəticədə cari əməliyyatlar hesabında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtmüşdür. Cari Əməliyyatlar Balansının profisitinin əsas səbəbi xarici ticarət balansındakı böyük profisitdir. 2019-cu ilin 9 ayı üzrə xarici ticarət dövriyyəsi 23.1 milyard dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 12.4 milyard dollar həcmində yaranmış profisit, qeyri-neft sektoru üzrə 5.5 milyard dollarlıq kəsiri bağlamış və nəticədə xarici ticarət balansında 6.9 milyard dollarlıq (6% azalma) profisit yaranmışdır (2018-ci ilin eyni dövründə profisit 7,3 milyard dollar idi) .
Azərbaycanın cari әmәliyyatlar hesabında neft-qaz sektoru üzrə profisitin azalması, eyni zamanda qeyri-neft sektoru üzrə kəsirin artması diqqətdə saxlanılmalıdır. Xarici ticarət balansının profisiti də azalıb. Bu il neftin qiymətinin daha aşağı olması profisitlərin azalmasında əks olunub. Qeyd edək ki, 2019-cu ilin 9 ayında tədiyə balansı hesablamalarında xam neftin faktiki orta qiyməti 64 dollar (2018-ci ilin 9 ayında 71 dollar) olmuşdur.
HƏMÇİNİN OXU:Neftin ucuzlaşması Azərbaycanın cari hesabını "vurdu"
Əgər neftin qiyməti düşərsə Azərbaycanın tədiyyə balansının profisitinin azalması qaçılmaz olacaqdır. Neftin qiymətinin kəkin düşməsi isə tədiyyə balansında kəsir yaradar və Mərkəzi Bank yenidən devalvasiyanı düşünə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 25 d. əvvəl
-
-
56 d. əvvəl
Fed/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp İranı hədələdi: İnsanlar öldürüləcəyi halda, sizi çox sərt vurarıq
-
14 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
15 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Fitch ABŞ üçün iqtisadi artım proqnozunu yüksəldib
Fed/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Xalq Bankdan depozit seyfi xidməti







.jpg)

















