Palata nə üçün ləğv edildi?
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib, səlahiyyətləri və əmlakı Mərkəzi Banka verilib.
"Marja"nın məlumatına görə, Azərbaycanın bank sektorunun tam sağlamlaşdırılmaması, əhalinin banklara inamının bərpa olunmaması, bankların real sektorun maliyyələşdirilməsində geniş iştirak etməmələri, sığorta sektorunun tənəzzüldə qalması, qeyri-dövlət qiymətli kağızlar bazarının canlanmaması, Palatanın bir sıra qərarlarının maliyyə sektorunda etiraz ilə qarşılanması, bəzi islahatların gecikməsi, Mərkəzi Bank və Palata asındakı anlaşılmazlıqlar bu qurumun ləğv edilməsinin səbəblərindən bir neçəsi ola bilər.
Palatanın ləğv olunması bir çox bankirləri, investorları və vətəndaşları narahat edib. Ehtimal edilir ki, Mərkəzi Bank yeni islahatlar çərçivəsində məcmu kapitalı tələblərə cavab verməyən, gəlirləri xərclərini ödəməyən bankların lisenziyalarını ləğv edə bilər. Bundan başqa, zəif bankların birləşməsi tələbi də yenidən gündəmə gətirilə bilər.
2019-cu ilin 9 ayının nəticələrinə görə, bir neçə bankın məcmu kapitalı minimal tələbdən aşağıdır, eyni zamanda, bir neçə bankın gəlirləri xərclərini ödəmir. Bu gün Azərbaycanın müasir, etibarlı, dayanıqlı, peşəkarların cəmləşdiyi banklara ehtiyacı var.
Həmçinin tənzimləmədə də çətinliklər yaranırdı, bir sıra qərarlar Mərkəzi Bank tərəfindən qəbul edilsə də, icrası Palata tərəfindən aparılırdı.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Bank ilə dil tapmadığı da hiss olunurdu. Palata Mərkəzi Bankın normativ qərarları əsasında idxalçı və ixracatçı şirkətləri cərimələyərək narazılıq yaradırdı.
Qeyd edək ki, Azərbaycan Prezidenti yanında iqtisadi müşavirələrə Mərkəzi Bankın sədri Elman Rüstəmov dəvət edilirdi. Bu müşavirələrə Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyəti sədrinin vəzifəsini icra edən İbrahim Alışov dəvət edilmirdi.
Mərkəzi Bankın sədri Elman Rüstəmov bu ilin yayında keçirilmiş iqtisadi müşavirədə istehlak kreditlərinin biznes kreditlərindən sürətli artdığı barədə xəbərdarlıq etmişdi. Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev bank sektorundan narazılığını dilə gətirmiş, bankların yenidən əhalini borclandırdığını, real sektoru qənaətbəxş səviyyədə maliyyələşdirmədiklərini söyləmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
11 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 11 saat əvvəl
-
12 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir











.jpg)












