“Rabitəbank”ın yaşıl rəngə keçməsinin səbəbləri açıqlanıb
Xəbər verdiyimiz kimi “Rabitəbank” ASC-nin rəngi və loqosu dəyişdirilib.
“Marja”nın məlumatına görə, dünən keçirilmiş mətbuat konfransında “Rabitəbank”ın İdarə Heyətinin Sədri Elçin Qədimov yaşıl rəngin seçilməsindən danışıb.
“Bazarda banklar tərəfindən istifadə edilən rəngləri və rənglərin insanlar tərəfindən qəbul olunmasını araşdıraraq loqonun və korporativ üslubun yaşla dəyişdirilməsinə qərar verdik. Yaşıl rəng sakitləşdirən, gözü yormayan rəngdir”, - Elçin Qədimov bildirib.
Elçin Qədimov əlavə edib ki, “Rabitəbank” yaşıl rənglərə keçid edərək rebrendinq etmişdir: "Yaşılın 3 ton palitrasından ibarət olan yeni loqo, dayanıqlılıq, inkişaf və rəqəmsallıq anlayışlarını ifadə edir. Loqonun fiqurları isə “Rabitəbank” adında “R” və “B” hərflərinin birləşməsini xatırlatmaqla bərabər, həm də müasir rabitə vasitəsi olan danışıq pəncərəsini (chat bubble) xatırladır".
“Rabitəbank” yaşıla keçidlə yanaşı yeni şüardan (sloqan) da istifadəyə başlayır: “Rahat bankçılıq”.
“Yeni “Rahat bankçılıq” şüarı - Bankı rəqəmsal sahədə müştərilərə sürətli və səlis naviqasiya imkanları ilə bank xidmətlərindən istifadə imkanlarını, fiziki məkanlarda isə Bankın filial və şöbələrində peşəkar əməkdaşlar tərəfindən komfortlu məkanda xidmətlərin təqdim edilməsini nəzərədə tutur”.
"DƏMİR BANK" YAŞIL RƏNGİNDƏN İSTİFADƏ EDİRDİ
Qeyd edək ki, Azərbaycanda yaşıl rəngdən lisenziyası ləğv edilmiş “DəmirBank” istifadə edirdi. Bu bank bağlandıqdan sonra bankların yaşıl rəngindən geniş istifadəsinə şərait yaranmışdı. “Rabitəbank” yaşıl rənginə keçərək, bir çox insanlara “DəmirBank”ı da xatırlada və vaxtilə bu bankın müştərisi olanları özünə cləb edə bilər.
YALNIZ GÖRÜNTÜ DƏYŞMİR, XİDMƏTİN KEYFİYYƏTİ DƏ ARTIRILIR
Mətbuat konfransında “Rabitəbank”ın İdarə Heyətinin Sədri bildirildi ki, xidmət səviyyəsinin artırılması da diqqət mərkəzindədir. Rəngin və şuarın dəyişdirilməsi ilə bərabər müştərilər ilə birbaşa ünsiyyətdə olan işçilərin müştərilər ilə davranışlarının təkmilləşdirilməsi, sənədləşmələrin azaldılması, gözləmələrin minimuma endirilmsi üçün işlər görülür və görülməkdə davam edir. Məqsəd, əməkdaşların “Rahat bankçılıq” şüarının tələblərini əsas götürərək xidmət göstərmələridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)












.jpg)


