Adambaşına 4719 manat gəlir
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 6,9 faiz artaraq 46 milyard 706 milyon manat təşkil etmişdir.
“Marja” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
Hesanatda qeyd edilib ki, əhalinin hər nəfərinə orta hesabla 4719,2 manatlıq gəlir düşmüşdür.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 42 milyard 886,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz çox vəsait qalmışdır.

QİYMƏTLƏR GƏLİRLƏRDƏN YAVAŞ ARTIB
2019-cu ilin yanvar-oktyabr aylarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,2 faiz artmışdır.
ORTA AYLIQ ƏMƏKHAQQI KƏSKİN ARTIB
Hesabatda qeyd edilib ki, 2019-cu ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,7 faiz artaraq 603,5 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəlməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində 2019-cu ilin sentyabr ayında ölkə üzrə orta aylıq nominal əməkhaqqı 723,4 manata çatmışdır ki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 35,8 faiz, cari ilin avqust ayı ilə müqayisədə isə 21,6 faiz çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 d. əvvəl
- 15 d. əvvəl
- 22 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Avropada təbii qazım qiyməti kəskin düşdü
Tramp İrana təşəkkür etdi
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar













.jpg)





