Azərbaycanda bank sirrinə yeni yanaşma tətbiq ediləcək
"Şəxsin iş yerinə onunla bağlı məlumatların göndərilməsi onun bank sirrinin pozulmasıdır"
“Maliyyə Bazarlarına Nəzarət Palatası “Banklar haqqında” qanunun 41-ci maddəsini yeni redaksiyada hazırlayıb”.
Bunu bu gün IV Beynəlxalq Bankçılıq Forumunda “Rəqəmsallaşmada tənzimləmənin hüquqi aspektləri” mövzusunda çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquqi təminat idarəsinin rəisi Tural Feyzullayev bildirib.
T. Feyzullayev deyib ki, qanunda bank sirri ilə bağlı olan bu maddə artıq yeni redaksiyada verilir: “Bank sirrinin tənzimlənməsinə yeni yanaşma tətbiq olunur”.
Palatanın idarə rəisi qeyd edib ki, bank sirri şəxsin özünün razılığı əsasında olsa belə, başqa şəxsə ötürülə bilən məlumat deyil:
“Biz belə başa düşürük ki, Mülki Məcəlləyə görə, qanunvericiliyin tələblərini gözləmək şərti ilə, hüquqi şəxslər müqavilə bağlamaqda azaddırlar. Mülki Məcəllənin 967-ci maddəsində bank sirrinin kimlərə verilə biləcəyini əksini tapıb, konkret siyahı müəyyən olunub. Daha sonra genişləndirici formada “Banklar haqqında” qanunun 41-ci maddəsində məsələ əksini tapıb. Biz ona görə də hesab edirik ki, şəxsin iş yerinə onunla bağlı məlumatların göndərilməsi onun bank sirrinin pozulmasıdır. Bununla bağlı mövqeyimiz dəyişilməyib. Amma bizim 41-ci maddəyə təklif edilən dəyişikliklə bağlı müxtəlif yanaşmalar nəzərdən keçirilib. Bir yanaşma şəxsin özünün razılığı ilə məlumatların ötürülə bilmə imkanıdır. Amma praktiki cəhətdən onun problemləri bizə deməyə əsas verir ki, bu razılıq heç də həmin şəxsin özünün iradəsini ifadə etmir. Çünki 20-30 səhifəlik müqavilədə hansısa bir yerdə razılığın olması onu deməyə əsas vermir ki, həmin şəxs banka həmin məlumatları ötürməyə razılıq verib. Biz hazırda müştərinin açıq-aşkar razılığını ifadə edə bilməsi formasını müəyyən edə bilsək, əlbəttə, bank sirrinin verilməsi mümkündür”.
Qeyd edək ki, Banklar haqqında qanunun 41-ci maddəsində qeyd edilir ki, Mülki Məcəlləyə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.
Mülki Məcəllənin 967-ci maddəsinə əsasən, bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
6 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir











.jpg)











