"İstehlak kreditlərinin dinmaikası ticarət dövriyyələrində əks olunur"
“Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov tənzimlələrdəki son dəyişikliklərə münasibət bildirib.
“İstehlak kreditlərinin məhdudlaşdırılmasının müəyyən çərçivədə olması məqsədəuyğundur. İstehlak kreditləri əslində dolayı yolla qeyri-neft sektorunun inkişafına təkan verir. Bu gün kiminsə lazımınca gəliri varsa, bank ona müəyyən qədər istehlak kredit verməklə şərait yaradır ki, həmin şəxs yerli ticarət və ya iaşə obyektində bu pulları xərcləyərək dövriyyə yaratsın”, - deyən Hüseynov, müxbirin "(Dəyişikliklər) Bank sektorunun gəlirliyinə təsir edəcək..." sözlərinə "Bəli, ehtimal ki" cavabını verərək belə davam edib: “Eyni zamanda iqtisadi düşüncə ilə yanaşsaq, banklardan iqtisadiyyata daxil olan pulların azalması ilə dövriyyələrdə də dəyişikliklər gözləmək olar. Belə ki, istehlak kreditlərinin dinmaikası ticarət dövriyyələrində əks olunur",- şəkilində əlavə edib.
“Unibank”ın sədri əlavə edib ki, dünya təcrübəsinə baxsaq, aparıcı G20 ölkələrində istehlak kreditlərinin payına düşən məbləğ ÜDM-yə nisbətdə 100 faizdən çoxdur: “Qonşu Rusiyada bu rəqəm 15.5-15.6 faizdir. Bizdə isə cəmi 7 faiz təşkil edir. Yəni bizdə kifayət qədər ehtiyat limiti mövcuddur. Mən başa düşürəm, tənzimləyici orqan və dövlət ehtiyat edir ki, əvvəlki illərdə olduğu kimi kütləvi kreditləşmə baş verməsin. Amma onu da unutmayaq ki, son iki ildə istehlak kreditlərinin verilməsi sahəsində tənzimləmələr kifayət qədər sərtləşdirilib və əhalinin maliyyə savadı xeyli yüksəlib. Bu da çox sevindirici bir haldır”.

Bankir biznes kreditlərinin nə üçün zəif artdığı məsələsinə də toxunub və şirkətlərin durumlarının qənaətbəxş olmadığına işarə edib:
"Bank pul satır, bizim bankımıza layiqli, normal performansı, girovu, biznes planı olan, şəffaf işləyən müştəri gəlib, biz ona niyə pul verməyək?! "Kredit almaq mümkün deyil" iddiasını kredit almaq qabiliyyəti olmayanlar deyə bilər. Bəs niyə ala bilmir, ona görə ki, ya şirkətin durumu qənaətbəxş deyil, girov təminatı zəifdir və ya biznes planı məntiqsizdir. Bu gün bazarda banklar hər müştəri uğrunda mübarizə aparır. Bizdən kredit istəyib ala bilməyən mənimlə bərabər otursun və səbəbləri müzakirə edək, bundan sonra siz deyərsiz mənim yerimdə olsanız ona kredit verərdinizmi? Bizim əksinə, xüsusi ixtsaslaşmış departamentimiz var ki, kredit satmağa müştəri axtarmaqla məşğuldur. Həmçinin, Bankımızın Bakıdakı16 filialından 5-i, yəni 30%-i sırf biznes kreditlərinin verilməsi üzrə ixtisaslaşmış filiallardır. Rayonlardakı bütün filial şəbəkəmiz də biznesə, o cümlədən mikro, kiçik və orta sahibkarlara xidmət göstərir".
Bankın İdarə Hetəyinin sədri əlavə etdi ki, 2019-cu ilin 9 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə "Unibank"ın mikro, kiçik və orta sahibkarlara ayırdığı kreditin məbləği 30-35 faiz civarında artıb.
Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a dəyişiklik edilib. “İqtisadiyyatın real sektoruna yönələn kreditləşmənin artırılması” çağırışı ilə əlaqədar növbəti addım kimi Palata tərəfindən edilmiş dəyişiklik nəticəsində müddəti 7 ildən artıq olan istehlak kreditlərinin maksimum həcmi bankın I dərəcəli kapitalının 0.1 faizi ilə məhdudlaşdırılıb.
Həmçinin 18.10.2019-cu il tarixində “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edilmişdir ki, bu dəyişikliklər ilə KOS subyektlərinə və qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə verilən kreditlərin risk dərəcələri azaldılmış, istehlak kreditləri üzrə isə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq differensial və daha sərt yanaşma tətbiq edilərək risk dərəcələri artırılmışdır.
© ENA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
6 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)













