Nazir müavinindən internetin sürəti barədə iradlara münasibət
"Azərbaycanda internetin sürətinin aşağı olması barədə fikirlər tam əsassızdır."
Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkədə internetin sürətinin aşağı olması barədə iradlara münasibət bildirib.
E. Vəlizadə jurnalistlərə açıqlamasında deyib ki, bu, tam əsassız fikirlərdir.
Nazir müavini Azərbaycanda internetin inkişaf səviyyəsinin yüksək olduğunu vurğulayıb:
“Ölkəmizdə ən qabaqcıl İnternet texnologiyaları tətbiq olunur. İstər mobil, istər simsiz texnologiyalar, istər simli telefon şəbəkələri vasitəsi ilə vətəndaşlar öz maraq və tələbatlarına uyğun xidmətlər əldə edə bilirlər. Bu baxımdan Azərbaycanda internetin sürətinin aşağı olması barədə fikirlər tam əsassızdır. Azərbaycanda internetin sürətinin guya aşağı olması barədə göstəricilərin yer aldığı mənbə – Böyük Britaniyanın "Cable" şirkəti məhz onun üçün nəzərdə tutulub ki, kiminsə internetə girişdə problem olursa, onu yoxlamaq üçün bilavasitə həmin mənbəyə müraciət edir. Ona görə də "Cable"yə müraciət edən şəxslər elə hansısa səbəbdən aşağı sürətli internet istifadəçisi olanlardır. İnternet sürəti yüksək olan istifadəçilər heç vaxt o mənbəyə müraciət etmirlər. Ona görə də Azərbaycan reallığında yüksək olan göstərici həmin mənbədə qeyd olunan göstəricilərdən dəfələrlə yüksəkdir”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)





