“Bank Respublika”ya "pozitiv" diaqnoz qoyuldu
Moody's beynəlxalq reytinq agentliyi “Bank Respublika”nın reytinqi üzrə proqnozunu "stabil" dən "pozitiv"ə dəyişib. Bu barədə "Marja"ya Bankdan bildirilib.
Agentlik, həmçinin bankın yerli və xarici valyutadakı uzunmüddətli depozit reytinqini "B3" səviyyəsində təsdiqləyib.
Moody's analitikləri "pozitiv" proqnozun bankın kapital adekvatlığı göstəricilərinin və aktivlərin keyfiyyətinin yaxşılaşdığını əks etdirdiyini qeyd ediblər, həmçinin gələcəkdə maliyyə sabitliyinin daha da yaxşılaşacağını gözlədiyini vurğulayıblar.
Reytinqi üzrə proqnozun "stabil"dən "pozitiv"ə qaldırılması gələcəkdə reytinqin də artırılacağı ehtimalını gücləndirir.
"Moody's agentliyi tərəfindən bankın reytinq proqnozunun yüksəldilməsi bankın ölkənin maliyyə bazarında lider mövqeyini təsdiqləyir. Hesabatdan göründüyü kimi, Bankın bütün göstəriciləri dinamik artım nümayiş etdirməyə davam edir. Belə ki, reytinq agentliyi tərəfindən kapitalın adekvatlığı, mənfəət, aktivlərin keyfiyyəti kimi əsas göstəricilərdə əhəmiyyətli dərəcədə artım olduğu vurğulanıb.
Xüsusilə qeyd etmək istərdim ki, qeyd olunan müsbət tendensiya bankın prioritet sahəsi olan real sektora verilən kreditlərin həcminin artmasına əsaslanır. Belə ki, mikro, kiçik və orta sahibkarlığa verilən kreditlərinin həcmi bankın ümumi portfelində 74% təşkil edir. Biz bundan sonra da iqtisadiyyatın real sektoruna verilən kreditlərin həcmini artırmaq niyyətindəyik və eyni zamanda müştərilərimizə yüksək keyfiyyətli xidmət və rahat servis göstərməyə davam edəcəyik”, - deyə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
14 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 17 d. əvvəl
- 29 d. əvvəl
- 37 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























