Rayonlarda elektrik fasilələr ilə verilsə də ölkəyə çatacaq qədər istehsal edirik
2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 19,6 milyard kVtst, istehlakı isə 16,3 milyard kVtst təşkil edib.
“Dövlət proqramlarının icrası nəticəsində daxili enerji tələbatının ödənilməsi ilə bərabər Azərbaycan elektrik enerjisinin ixracına da nail olub”.
“Marja” xəbər verir ki, bunu rəsmi mətbuat üçün yazdığı məqaləsində Energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir qeyd edib ki, energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına son on ildə 1973,5 MVt gücündə 19 yeni elektrik stansiyasının istismara verilməsi ilə hazırda ölkədə fəaliyyət göstərən elektrik stansiyalarının sayı 60-a çatdırılıb:
“11-i istilik elektrik stansiyası, 8-i modul tipli elektrik stansiya, 22-si su elektrik stansiyası, 11-i günəş elektrik stansiyası, 6-sı külək elektrik stansiyası və 2-si biokütlə elektrik stansiyası olan bu stansiyaların energetika sistemində ümumi qoyuluş gücü 7546 MVt-dır”.
Nazirin sözlərinə görə, Respublikada generasiya gücünün artırılması ilə yanaşı, energetika sisteminin infrastrukturunda da ciddi dəyişikliklər edilib. Belə ki, hazırda ümumi gücü 23436 MVA olan 110-500 kV-luq 212 yarımstansiya fəaliyyət göstərməkdədir.
İSTEHSAL 18 FAİZ, İSTEHLAK 26 FAİZ ARTIB
Pərviz Şahbazov qeyd edib ki, yeni istehsal güclərinin yaradılması hesabına son on ildə elektrik enerjisinin istehsalında 18% artıma nail olunub: Cari ilin 9 ayı ərzində də elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9% artaraq, 19,6 milyard kVtst olub. Bu müddətdə bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisi ötən ilin yanvar-sentyabr aylarına nisbətən 40% artıb. 2018-ci ilə nisbətən elektrik enerjisinin bu il 3,6%, 2020 və 2021-ci illərdə isə müvafiq olaraq 8-10% çox istehsalı proqnozlaşdırılır.
Elektrik enerjisinə ölkədaxili tələbatın təhlili göstərir ki, ölkənin inkişafı, əhali artımı, sənayeləşmə prosesi ilə əlaqədar olaraq son 10 ildə elektrik enerjisinin istehlakı 26% artıb. 2019-cu ilin yanvar-sentyabr aylarında elektrik enerjisinin istehlakı 3,7% artaraq, 16,3 milyard kVtst təşkil edib. Bu dinamikanın qarşıdakı illərdə də davam edəcəyi və 2025-ci ildə elektrik enerjisinə tələbatın 25-28 milyard kVtst həcmində olacağı proqnozlaşdırılır.
Bu tələbatı yaxınlarda istismara verilmiş, qoyuluş gücü 400 Vt olan “Şimal-2” elektrik stansiyası, istilik, modul tipli və su elektrik stansiyalarının reabilitasiyası, eləcə də Qobuda 2020-2021-ci illər ərzində quraşdırılacaq ümumi qoyuluş gücü 385 Vt olan modul elektrik stansiyasının hesabına qarşılamaq mümkün olacaq. Tələbatın qalan hissəsinin isə növbəti onillikdə yeni elektrik stansiyaları və bərpa olunan enerji mənbələri vasitəsilə ödənilməsi planlaşdırılır”.
İXRACDA BÖYÜK ARTIM
Nazir vurğulayıb ki, Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi də mövqeyini gücləndirib: “Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu genişlənib. Əgər 2006-cı ildə respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 1,8 milyard kVtst elektrik enerjisi idxal edilirdisə, 2018-ci ildə bu göstərici 131 milyon kVtst-a qədər azalıb. İxrac isə, əksinə, on il ərzində 78% artaraq 1,4 milyard kVtst-a qədər yüksəlib. Cari ilin 9 ayı ərzində isə 111,5 milyon kVtst idxala qarşı 1,1 milyard kVtst elektrik enerjisi ixrac edilib. İxrac göstəricisi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 42% çox olub. Gürcüstana 859 milyon kVtst, Rusiyaya 120,7 milyon kVtst, Türkiyəyə 56,5 milyon kVtst, İrana isə 28,7 milyon kVtst elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 74,8 milyon kVtst, İrandan 27,4 milyon kVtst, Gürcüstandan isə 9,3 milyon kVtst olub”.
Qeyd edək ki, Azərbaycanın rayonlarında elektrik enerjisi fasilələr ilə verilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
10 d. əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
30 d. əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 38 d. əvvəl
-
- 49 d. əvvəl
- 53 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
2 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
Son Xəbərlər
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Ən çox oxunanlar
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az






















