"Kapital Bank" təqaüdçülərin bilik yarışını təşkil etdi
® Kapital Bank 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə növbəti sosial layihəni həyata keçiririb.
Bu dəfə “Yaşa” Mərkəzinin üzvləri komandalar şəklində intellektual oyunda biliklərini sınayıblar. Məşhur “Nə? Harada? Nə Zaman?” oyunları formatında keçən yarışma 21 sentyabr 2019-cu il tarixində keçirilib.
Yarışmada hər komandada 6 nəfər olmaqla 10 komanda mübarizə aparırdı. “Turan” intellektual klubunun təsisçisi Vüqar Zeynalovun aparıcılığı ilə keçən yarışmada həm məntiq, həm də bilik tələb edən suallar verilirdi. Gərgin keçən mübarizə zamanı “Uğur” komandası birinci yerə, “Çinar” komandası ikinci yerə, “Orxideya” komandası isə üçüncü yerə layiq görüldü.
Mükafatlandırma mərasimində Kapital Bank-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov iştirak edirdi. Birinci yerin qalibinə xüsusi hazırlanan kubok təqdim edildi. Eyni zamanda ilk 3 yerə çıxan komandalara pul mükafatları da verildi. Tədbirdə çıxış edən “Üçüncü Bahar” təşəbbüs qrupunun həmtəsisçisi Nərmin Qəniyeva komanda üzvlərinə fəal iştirak etdiklərinə görə minnətdarlığını bildirdi və gələcək aylarda eyni formatda “Qış oyunları”nın da keçiriləcəyini dedi.
Qeyd edək ki, “Yaşa” Mərkəzi Kapital Bank-ın dəstəyi və “Üçüncü Bahar” təşəbbüs qrupunun təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərir. Mərkəz Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində (Bakıxanov qəsəbəsi, Y. Əliyev küç.,1) yerləşir. Mərkəzin hazırda 2000-ə yaxın fəal üzvü var və hər layihə üzrə 70-80 nəfər qoşularaq, tədbirlərdə iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0556801155, 012 425 55 23 nömrələrinə və ya www.teqaudchu.az saytına müraciət etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 4 d. əvvəl
- 5 d. əvvəl
- 38 d. əvvəl
- 39 d. əvvəl
-
1 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Ən çox oxunanlar
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Unibankda yeni təyinat olub






















