“Səba” kərə yağına artan təlabat “Biləsuvar Aqro”nun istehsalını artırıb
2019-cu ilin sonuna yaxınlaşarkən SƏBA qrupuna daxil olan “Biləsuvar Aqro” şirkətinin son üçillik fəaliyyətinin əsas statistikası açıqlanıb. Açıqlamada “Səba” kərə yağının istehsalçısı olan şirkətin builki istehsal, satış və vergi həcmində ötən illərə nisbətən əhəmiyyətli dinamik artımın olduğu bildirilir.
Qeyd edək ki, müxtəlif çeşiddə süd məhsulu emal edən “Biləsuvar Aqro” şirkəti xüsusilə “Səba” kərə yağına artan tələbatı nəzərə alaraq ilin əvvəlindən etibarən bir sıra süd təchizatçıları ilə əməkdaşlığını genişləndirib. Belə ki, "Beyləqan Südçülük Fermer Təsərrüfatı" MMC, "Avanqard" MMC, "Muğan Aqro Fermer Təsərrüfatı" MMC, "Qara İnək Fermer Təsərrüfatı" MMC, "S.A.N.İ Kəndli Fermer Təsərrüfatı" MMC, "Türk Qida Sənaye" MMC, "Türyançay FT" MMC və digər xammal tədarükçüləri ilə imzalanmış müqavilələrə əsasən müəssisənin süd alışı 2018-ci illə müqayisədə cari ilin sentyabrınadək təxminən 33,6% artaraq 6276 ton təşkil edib.
"Bənzər inkişaf “Səba” kərə yağının satışında da müşahidə olunur. Rəqəmlərə əsasən, “Səba” kərə yağının satış həcmi ötən ilə nisbətən cari ilin müvafiq dövrünədək 43,3% daha artıq olub. 2017-ci illə müqayisədə isə bu göstərici daha da çoxdur – 87,1%. Bu da öz növbəsində 2018-ci ildə yerli yağ brendləri arasında “Ən yaxşı yağ” seçilən “Səba”-nın tələbatındakı artımın yüksələn dinamikasını bir daha sübut edir",- açıqlamada deyilir.
Qeyd edək ki, süd məhsullarının keyfiyyəti və istehsala ciddi nəzarəti ilə istehlakçı rəğbətini qazanan SƏBA qrupuna daxil olan “Biləsuvar Aqro”-nun fəaliyyətindəki inkişaf tempi vergi ödəmələrinə də öz töhfəsini verib. Belə ki, 2018-ci il göstəriciləri ilə müqayisə olunduqda cari ilin sentyabrınadək şirkətin vergi ödənişlərində 78% artım qeydə alınıb. 2015-ci ilin statiskasına baxılarsa, bu il ərzində “Biləsuvar Aqro”-nun vergi ödənişlərinin 10 dəfədən çox artdığını görmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat sonra
-
10 d. əvvəl
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 14 d. əvvəl
-
-
29 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
2 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
2 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Rəsmi məzənnələr açıqlandı


























