“Bakı Sığorta” 2019-u mənfəətlə yarılayıb
“Bakı Sığorta” ASC 2019-cu ilin birinci yarısını 22 min 312 manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 dəfə azdır. Şirkət 2018-ci ilin birinci yarısını 298 min 900 manat xalis mənfəət ilə bağlamışdı.
“Marja” şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə “Bakı Sığorta”nın cəmi gəlirləri 858 min manat, cəmi xərcləri isə 830 min manat təşkil edib. Şirkət təxminən 28 min manatlıq əməliyyat mənfəətindən 5578 manat mənfəət vergisi də ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-iyun dövründə “Bakı Sığorta”nın cəmi gəlirləri 1 milyon 274 min manat, cəmi xərcləri isə 900,5 min manat təşkil etmişdi.
Müqayisə olunan dövürlər üzrə, toplanan sığorta haqları 581 min manatdan 522 min manata düşüb, sığorta ödənişləri isə eyni səviyyədə qalıb (135 min manat).
Ötən ilin birinci yarısında “Bakı Sığorta”nın investisiya gəlirləri 359 min manat ikən, bu ilin eyni dövründə 399 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 16 d. əvvəl
-
-
43 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 45 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Qızıl daha da ucuzlaşıb
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Ən çox oxunanlar
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub



















.jpg)


