Çinin nəhəng kart şirkəti Azərbaycanda fəaliyyətini genişləndirməyi planlaşdırır
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında “Union Pay International” beynəlxalq kart təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib.
Palatanın yaydığı məlumatda bildirilir ki, görüş zamanı qonaqlara ölkədə nağdsız ödənişlər və onların inkişaf səviyyəsi, bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi istiqamətində atılan addımlar, ödəniş ekosistemində formalaşdırılacaq yeni qanunvericilik bazası haqqında ətraflı məlumat verilib, “Union Pay International” beynəlxalq kart təşkilatının ölkədə fəaliyyətinin genişləndirilməsi, bu təşkilat tərəfindən ölkə bazarında təqdim ediləcək məhsul və xidmətlər, habelə innovativ ödəniş alətlərinin tətbiqi istiqamətləri müzakirə edilib.
Gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu görüşdə həmçinin nağdsız ödənişlərin inkişaf etdirilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsinin aparılması imkanları, habelə bank mütəxəssislərinin bu sahədə bilik və bacarıqlarının artırılması barədə fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 3 san. əvvəl
-
- 21 d. əvvəl
-
48 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 50 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Tramp: FED-in faiz artırması yanlış olar
Qızıl daha da ucuzlaşıb
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib





















