Azərbaycanda kredit kartlarının sayı azalmaqda davam edir
2019-cu ilin İyul ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 132 min ədəd təşkil edib.
"Marja" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki,İyun ayının sonu ilə müqayisədə İyulda cəmi ödəniş kartlarının sayı 121 min ədəd artıb.
Artım Yanvarda 39 min ədəd, Fevralda 74 min ədəd, Martda 0 ədəd, Apreldə 97 min ədəd, Mayda 247 min ədəd, İyunda 43 min ədəd təşkil etmişdi.
İyun ayı ilə müqayisədə İyulda sosial kartların sayı 50 min ədəd artaraq 2 milyon 654 min ədədə, əməkhaqqı kartlarının sayı 11 min ədəd artaraq 2 milyon 157 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 79 min ədəd artaraq 1 milyon 542 min ədədə çatıb, kredit kartlarının sayı isə 18 min ədəd azalaraq 779 min ədədə düşüb.
2018-ci ilin sonu ilə müqayisədə isə yanvar-iyul ayları ərzində (7 ayda) cəmi ödəniş kartlarının sayı 621 min ədəd, o cümlədən sosial kartların sayı 132 min ədəd, əmək haqqı kartlarının sayı 117 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 453 min ədəd artıb. Kredit kartlarının sayı isə 81 min ədəd azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
34 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 36 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub






















