Neft nəhənglərinin gəliri ilin ilk yarısında azalıb
Dünyanın ən böyük açıq səhmdar cəmiyyəti 12 neft şirkətinin cəmi gəlirləri bu ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq 789,4 milyard dollara düşüb
Dünyanın ən böyük açıq səhmdar cəmiyyəti (səhmləri birjada alınıb satılan) 12 neft şirkətinin bu ilin ilk yarısındakı cəmi gəliri və xalis mənfəəti keçən ilin eyni dövrünə nisbətən azalıb.
"Marja"nın 12 neft şirkətinin balanslarından topladığı məlumatlara görə, bu ilin yanvar-iyun dövründə ABŞ-ın ExxonMobil, Chevron, ConocoPhillips, Halliburton, Schlumberger, Baker Hughes, Hollandiyanın Royal Dutch Shell, Böyük Britaniyanın BP, Fransanın Total, İtaliyanın Eni, Rusiyanın Rosneft və Norveçin Equinor şirkətlərinin ümumi gəlirləri 3,5 faiz azalma ilə 789,4 milyard dollara geriləyib. Bu şirkətlər ötən ilin yanvar-iyun dövründə cəmi 818,1 milyard dollar gəlir əldə etmişdilər.
Sözügedən şirkətlərin xalis mənfəəti isə bu ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 11,5 faiz azalaraq 47 milyard dollara geriləyib. Ötən ilin ilk yarısında bu miqdar 53,1 milyard dollar təşkil etmişdi.
Neft qiymətləri 6,5% düşüb
Neft nəhəngləri arasında bu ilin ilk yarısında ən çox xalis mənfəət əldə edən şirkət 9 milyard dollarla Royal Dutch Shell olub. İkinci yerdə 6,9 milyard dollarla Chevron və üçüncü yerdə 5,9 milyard dollarla Total-dır.
Bu dövrdə ən yüksək gəliri tutan şirkət də 177,5 milyard dollarla yenə Shell olub. Bu şirkətin ardınca 141,1 milyard dollar mədaxillə BP və 132,7 milyard dollarla ExxonMobil gəlir.
Neft şirkətlərinin gəlirlərinin və xalis mənfəətlərinin azalmasına xam neftin qiymətlərinin aşağı düşməsi səbəb olub.
Dünyada ən geniş istifadə edilən Brent tipli xam neftin barrel qiyməti, ötən ilin ilk yarısında orta hesabla 70,6 dollar ikən, bu ilin eyni dövründə isə qiymətlər 6,5 faiz azalma ilə 66 dollara geriləyib.
Xam neftin qiymətlərinin aşağı düşməsinin əsas səbəbləri qlobal neft hasilatındakı artım və ABŞ-Çin ticarət gərginliyinin qlobal neft tələbatını azaltmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
4 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 6 saat əvvəl
-
7 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















