Ölkədə ən böyük 4G şəbəkəsinə malikdir
(®) Bakcell şəbəkəsinin əhatə dairəsi sürətlə artmaqda davam edir
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkətinin yüksək keyfiyyətli mobil şəbəkəsinin əhatə dairəsi sürətlə artır.
Belə ki, istifadəçilər üçün ən yüksək keyfiyyətin təmin olunması istiqamətində aparılan işlərin davamı olaraq təkcə 2019-cu il ərzində Bakcell tərəfindən ölkə ərazisində 700-ə yaxın yeni baza stansiya quraşdırılıb.
Xatırladaq ki, 2300-dən artıq 4G texnologiyalı baza stansiyası sayəsində Bakcell şirkəti əhatə dairəsi və şəbəkə tutumu baxımından ölkədə ən böyük 4G şəbəkəsinə malikdir. Bunun sayəsində Bakcell şirkəti ölkənin bütün bölgə mərkəzlərində yüksək keyfiyyətli və ən sürətli 4G İnternet xidmətlərini təqdim edir. Bakı, Abşeron yarımadası və Azərbaycanın bütün şəhər və rayonlarında (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) yaşayan Bakcell abunəçiləri şirkətin təqdim etdiyi yüksək sürətli mobil İnternet xidmətlərindən yararlanmaq imkanına malikdirlər. Hazırda “Bakcell”in 4G şəbəkəsi əhalinin 78%, ölkə ərazisinin isə 52%ni əhatə edir.
“Bakcell”in təmin etdiyi keyfiyyət və ən yüksək mobil İnternet sürətinə hətta beynəlxalq səviyyədə belə yüksək qiymət verilir. Belə ki, 2018-ci ildə Bakcell “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat şirkətə “Speedtest” xidmətinə görə bütün dünyada tanınan “Ookla” şirkəti tərəfindən təqdim edilib. 2017-ci ildə isə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).
Həmçinin qeyd edək ki, 2019-cu il ərzində Bakcell şirkəti ölkəmizdə keçirilmiş Novruz festivalı, Formula 1 Azərbaycan Qran Prisi, UEFA Avropa liqasının Final oyunu, Avropa Gənclər Yay Olimpiya Festivalı və digər əhəmiyyətli tədbirlər zamanı ən yüksək keyfiyyətli rabitəni təmin edib.
Müştərilərə göstərilən xidmət keyfiyyətinin daha da təkmilləşdirilməsi məqsədilə Bakcell bundan sonra da ölkənin ən üstün mobil şəbəkəsinin genişləndirilməsi və modernizasiyasına yönəlmiş iri-miqyaslı tədbirləri davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)








