“Premium Bank”ın son vəziyyəti məlum oldu
“Premium Bank” ASC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 7 milyon 853 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 36% azdır. “Premium Bank” ötən ilin 1-ci yarısını 12 milyon 256 min manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin düşməsi ehtimal olunan kredit və depozit itkiləri üzrə yaradılan ehtiyatdan azad olan vəsaitin 5 dəfə azalması ilə bağlıdır. Mühüm olan, Bankın əməliyyat mənfəətinin artmasıdır.
CƏMİ GƏLİRLƏRİ ARTIB
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə “Premium Bank”ın cəmi gəlirləri 31 milyon 590 min manat, cəmi xərcləri isə 24 milyon 503 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 7 milyon 87 min manat əməliyyat mənfəəti qalıb. Həmçinin, ehtiyatın 1 milyon 513 min manatı azad olduğundan Bankın mənfəəti 8 milyon 600 min manata yüksəlib. “Premium Bank” mənfəətindən 747 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-iyun dövründə “Premium Bank”ın cəmi gəlirləri 26 milyon 990 min manat, cəmi xərcləri 22 milyon 77 min manat, əməliyyat mənfəəti 4 milyon 912 min manat təşkil etmişdi. Ehtimal olunan depozit və kredit itkiləri üzrə yaradılan ehtiyatdan 7 milyon 613 min manat azad olduğundan Bankın xalis mənfəəti 12 milyon 256 min manata yüksəlmişdi.
Beləliklə, ehtiyatlardan azadolma xaric “Premium Bank”ın mənfəəti 44,3% artıb.
CƏMİ GƏLİRLƏRİN ARTMASI FAİZ GƏLİRLƏRİNİN ARTMASI HESABINADIR
Bankın faiz gəlirləri ötən ilin 1-ci yarısında 16 milyon 851 min manat ikən, cari ilin eyni dövründə 21 milyon 513 min manat təşkil edib (27,6% artım). Qeyri-faiz gəlirləri isə 10 milyon 139 min manatdan 10 milyon 77 min manata düşüb (cüzi azalma).
30 İyun 2019-cu il tarixində “Premium Bank” 648 milyon 760 min manat cəmi aktivlərə, 523 milyon 599 min manat cəmi öhdəliklərə və 125 milyon 161 min manat cəmi balans kapitalına malik olub.
2018-ci ilin sonunda “Premium Bank” 646 milyon 284 min manat cəmi aktivlərə, 511 milyon 557 min manat cəmi öhdəliklərə və 134 milyon 727 min manat cəmi balans kapitalına malik idi.
Əvvəlki illərin 16 milyon 151 min manat xalis mənfəəti bölüşdürüldüyündən cəmi kapital 134 milyon 727 min manatdan 125 milyon 161 min manata düşüb.
İlk 6 ay ərzində “Premium Bank”ın müştərilərə verdiyi cəmi kreditlər 584 milyon 596 min manatdan 564 milyon 278 min manata düşüb.
Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 104 milyon 601 min manatdır. Bankın səhmlərinin 84,48%-i Zərifə Həmzəyevaya, 15,22%-i "VIP Aviation Services" MMC-yə, 0,31%-i isə Elvira Əhmədovaya məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)




