Kredit bürosu şirkəti 700 milyon dollar cərimə və təzminat ödəyəcək
ABŞ-ın kredit bürosu şirkəti "Equifax", 2017-ci ildə baş verən kiber hücumda təxminən 150 milyon müştərisinin şəxsi məlumatlarının kənara sızması səbəbilə 700 milyon dollar cərimə və təzminat ödəyəcək.
"Marja"nın məlumatına görə, ABŞ Federal Ticarət Komissiyasından (FTC) bildiriblər ki, "Equifax" federal və ştat tənzimləyiciləri ilə razılığa gəlib.
Razılaşmaya görə, "Equifax", kiber hücumdan əziyyət çəkən təxminən 150 milyon müştərisinin zərərini kompensasiya üçün 425 milyon dollara qədər təzminat ödəməyi qəbul edib.
Həmçinin "Equifax" şirkəti 48 ştat, Vaşinqton, Porto Riko və İstehlakçıların Maliyyə Hüquqlarının Mühafizəsi İdarəsinə mülki cərimələr və digər təzminatlarla birlikdə 275 milyon dollar da ödəyəcək.
ABŞ tarixinin ən böyük kiber hücumu
"Equifax"ın şəxsi məlumatları qorumaq üçün "məqbul fiziki, texniki və prosedual mühafizə tədbirləri gördüyünü" iddia etməsinə baxmayaraq, FTC, istehlakçıların şəxsi məlumatlarını olduğu kimi qoruyub saxlamadığını bildirirdi.
ABŞ-ın 3 böyük kredit bürosu şirkətindən biri olan "Equifax" 2017-ci ilin Sentyabr ayında verdiyi açıqlamada, həmin ilin may-iyul dövründə baş vermiş kiber hücumda təxminən 150 milyon istifadəçisinin məlumatlarının kənara sızdığını bildirmişdi.
Ölkə əhalisinin təxminən yarısına təsir edən ABŞ tarixinin ən böyük kiber hücumunda, xaricə sızan məlumatlar arasında müştərilərin adları, sosial müdafiə nömrələri, doğum tarixləri və sürücü sənədlərinin olduğu qeyd edilmişdi.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
40 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 43 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı

























