Bakı Baş Gömrük İdarəsində “KOB Dostu” fəaliyyətə başlayıb
Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB Dostu” fəaliyyətə başlayıb.
"Marja" bu barədə KOBİA-ya istinadən xəbər verir.
Məlumata görə, bu gün DGK-nın sədri Səfər Mehdiyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakı Baş Gömrük İdarəsinin inzibati binasında “KOB Dostu”nun iş prosesi ilə tanış olub, KOB-ların idxal-ixrac əməliyyatları ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, gömrük xidmətlərindən istifadə edən mikro, kiçik və orta sahibkarlar Bakı Baş Gömrük İdarəsində fəaliyyət göstərən “KOB Dostu”na müraciət etməklə idxal-ixrac əməliyyatları, gömrük rəsmiləşdirilməsi və prosedurları, o cümlədən investisiya və ixrac təşviqindən istifadə zamanı gömrük güzətləri ilə bağlı informasiya, məsləhət, hüquqi yardım, əlaqələndirmə kimi xidmətlərdən istifadə edə biləcəklər. “KOB Dostu”nun Bakı Baş Gömrük İdarəsində fəaliyyəti həmçinin, KOB-ların müvafiq sahə ilə bağlı müraciətlərinin KOBİA-nın və Dövlət Gömrük Komitəsinin iştirakı ilə dövlət-özəl əməkdaşlığı çərçivəsində operativ həll olunmasına imkan verəcək. “KOB Dostu” ilə birgə burada “KOB könüllüləri” də fəaliyyət göstərəcək.
“KOB Dostu” mexanizmi KOBİA-nın mikro, kiçik və orta sahibkarlara mühüm dəstək mexanizmlərindəndir. Artıq ölkənin 14 şəhər və rayonunda KOB dostları fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta sahibkarlara mövcud dövlət dəstəyi mexanizmləri, eləcə də Agentliyin müxtəlif xidmətləri vasitəsilə dəstək göstərirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 28 d. əvvəl
-
-
44 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)















