Ərdoğan Mərkəzi Bankın sədrini vəzifədən azad etməsindən danışıb - "DÖZÜLMƏZ İDİ"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Bosniya və Herseqovina səfərindən dönüşündə jurnalistlərin suallarını cavablandırıb.
"Marja" xəbər verir ki, Ərdoğan, Mərkəzi Bankın sədri Murat Çetinkayanın vəzifədən azad etməsi ilə əlaqədar olaraq, "Bazarlarla əlaqə yaxşı deyildi. Əlbəttə bunların hamısı oralarda başqa çətinlikləri də meydana gətirdi. Buna görə də artıq belə bir dəyişikliyə gedilməsinin ölkə iqtisadiyyatı üçün xeyirli olacağına inandıq və bu addımı atdıq" deyib.
Ərdoğan, "Mərkəzi Bankı ilə bağlı atdığımız addım yeni idarəetmə sisteminin Prezidentə vermiş olduğu bir səlahiyyətin nəticəsidir. Daha əvvəl Mərkəzi Bankın sədri cavabdeh deyildi, heç bir şey soruşmadan, istədiyi kimi addım atardı.Əvvəlki sədrin özünə xas bir çox qənaətləri olmuşdur və bu qənaətlər nəticəsində də təəssüf ki, ağır nəticələr oldu. Buna artıq bir yerə qədər dözə bilərdik. Dözülməz idi. Bunu başda Xəzinə və Maliyyə nazirim başda olmaqla dostlarımızla məsləhətləşdik və burada bir dəyişikliyə getməyin faydalı olacağına inandıq. Mərkəzi Banka yad olmayan, orada sədr müavini olan bir yoldaşımızı sədr təyin etdim. Maliyyə sektorundan olan bir dostumuzu bu vəzifəyə gətirmiş olduq. Mərkəzi Bank iqtisadiyyat üçün ən mühüm qurumdur. Biz orada tamamilə dəyişiklik etməsək, ciddi çətinlikləri yaşamaqla üz-üzə qala bilərik. Maliyyə sabitliyi deyirik, atılacaq addımlarda qətiyyət deyirik. Bütün bunlarla ən mühüm addım pul siyasəti məsələsidir. Pul siyasəti məsələsində hamı Pul Siyasəti Heyətinin toplandığı zaman "Görəsən buradan bu dəfə nə çıxacaq?"... Digər bir tərəfdən ayda bir toplanan Pul Siyasəti Heyəti, bəyəfəndinin vaxtında bilirsiniz ildə 10 aya endirilib. Nə üçün? Bunlar bizə deyilərək deyil, öz-özünə edilmiş şeylərdir. Bütün bunların yanında bir başqa addım da atıldı. Sədr müavinləri olduğu halda direktorluq yaradılıb. Ən vacibi bazarlarda inam yarada bilinmirdi. Bazarlarla əlaqə yaxşı deyildi. Əlbəttə bunların hamısı oralarda başqa çətinlikləri də meydana gətirdi. Buna görə də artıq belə bir dəyişikliyə gedilməsinin ölkə iqtisadiyyatı üçün xeyirli olacağına inandıq və bu addımı atdıq",- deyib.
Xəbər verdiyimiz kimi, ötən şənbə günü Prezidentin fərmanı ilə Türkiyə Mərkəzi Bankının (TCMB) sədri Murat Çetinkaya vəzifəsindən azad edilərək yerinə sədr müavini Murat Uysal təyin edilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 10 saat sonra
-
-
6 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
7 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
7 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
7 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb


























