"Neftin qiymətinin sabit qalacağını demək çətindir"
Neftin qiymətində volatillik davam edə bilər.
Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol bu fikirdədir.
O bildirib ki, qarşıdakı ən böyük problem İranla ABŞ arasındakı gərginliyin və Hörmüz boğazındakı vəziyyətin necə inkişaf edəcəyidir. Qlobal neft ticarətinin üçdəbiri Hörmüz boğazında həyata keçirilir və tankerlər burada Çin, Yaponiya, Koreya Respublikası və Hindistana gedir. Eyni zamanda, təbii qaz ticarətinin də üçdəbiri Asiyada formalaşır. Bu gərginliyi, eləcə də Venesuelada istehsalın azalması və Liviyada vətəndaş müharibəsi kimi proseslərə nəzər saldıqda neftin qiymətinin sabit qalacağını demək çətindir.
F.Birol neftin qiymətində volatillik gözlədiyini deyib: “Neftin qiyməti artan kimi ABŞ bazarda daha çox neft çıxarır və bazarı rahatladır. Buna görə də, volatillik davam edəcək. Əlbəttə ki, böyük bir geosiyasi inkişaf olarsa, qiymətdə atım görə bilərik”.
O “qara qızıl”ın qiymətinin 100 dollar/barreli ötəcəyi təqdirdə lazımi tədbirlərin görüləcəyini bildirib: “Kifayət qədər ehtiyatımız var və bununla bazarı tənzimləyə bilərik”.
“AKTYORLAR DƏYİŞDİ”
Neft aktyorlarının dəyişdiyinə və ABŞ-ın neft bazarında ən az OPEC ölkələrinin hamısı qədər söz sahibi olduğuna diqqət çəkən Birol, "OPEC mövqe dəyişdirdi və Rusiya ilə birgə çalışır. Şist nefti inqilabı ilə birlikdə ABŞ Orta Şərqdən neft idxal edən ölkə mövqeyindən hazırda dünyanın bir nömrəli istehsalçısı halına gəldi. İndi də ən böyük ixracatçı olacaq",- ifadəsini istifadə edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
7 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 19 d. əvvəl
- 21 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























