Bakıda tutulan iş adamı əmisini ələ verdi - “Hər il 200 min dollar...”
Bakıdakı “Aksesuar İnşaat” mağazalar şəbəkəsinin sahibi, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən FETÖ ilə bağlantılı olan türkiyəli iş adamlarına qarşı aparılan əməliyyatda tutulub. Türkiyəyə təhvil verilən Murad Qənbəroğlu barəsində istintaq tamamlanıb.
Məlumata görə, onun barəsində Ankara Cümhuriyyət prokurorluğu tərəfindən silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə cinayət işi qaldırılıb. Prokurorluq Qənbəroğlunun 15 ilə qədər həbslə cəzalandırılmasını istəyir.
İttiham aktına əsasən Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən FETÖ ilə əlaqəli şirkətlərlə bağlı aparılmış təhqiqatlar nəticəsində ölkədəki inşaat şirkətinin bu təşkilatla bağlantılı olduğu təsbit edilib.
İttiham aktında deyilir ki, Murad Qənbəroğlunun əmisi, “Aksesuar Group” Türkiyə şirkətinin sahibi olan Selamet Qənbəroğlu 2016-cı ildə şirkətin bütün səhmlərini heç bir sərmayə ortaya qoymasa da ona təhvil verib. İstintaq bu qənaətə gəlib ki, Murad Qənbəroğlu FETÖ-nun Azərbaycandakı şəbəkəsinə daxil olub.
M.Qənbəroğlu Fətullah Gülənin təlimatı ilə təriqətə məxsus “Bank Asya” bankına 891 min TL yatırıb. Şübhəli isə öz ifadəsində deyib ki, həmin vəsaiti əmisi Selamet Qənbəroğlunun təlimatı ilə banka yatırıb. O, hazırda ABŞ-da olan əmisinin təşkilata hər il 200 min dollar himmət pulu ödədiyini də bildirib.
“Azərbaycanda himmət pullarını Hamza Kabaca adlı təşkilat mənsubu toplayırdı. Əmim bu adama himmət adı ilə pul verirdi. “Aksesuar Group”un təşkilatla bağlı fəaliyyəti yoxdur, ancaq əmim firmanın adını şəxsən Fətullah Gülənin qoyduğunu deyərdi”,-Qənbəroğlu ifadəsində deyib.
Qeyd edək ki, Türkiyə şirkəti olan “Aksesuar Group” ötən əsrin 90-cı illərinin ortalarından Azərbaycanda fəaliyyət göstərir, Bakıda inşaat materiallarının, santexnika mallarının və s. satıldığı “Aksesuar İnşaat” adlı bir neçə mağazaya sahibdir.
Selamet Qənbəroğlu

© Virtualaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)








