Bank kartlarının sayı 7 milyon ədədə yaxınlaşdı
2019-cu ilin May ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 6 milyon 968 min ədəd təşkil edib.
"Marja" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Aprel ayının sonu ilə müqayisədə Mayda cəmi ödəniş kartlarının sayı 247 min ədəd artıb. Böyük sayda artım, Mayda dollar kreditlərinə kompensasiya alanlara kartların verilməsi ilə əlaqədardır.
Artım Yanvarda 39 min ədəd, fevralda 74 min ədəd, martda 0 ədəd, apreldə isə 97 min ədəd təşkil etmişdi.
Aprel ayı ilə müqayisədə Mayda sosial kartların sayı 64 min ədəd artaraq 2 milyon 587 min ədədə, əməkhaqqı kartlarının sayı 28 min ədəd artaraq 2 milyon 124 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 142 min ədəd artaraq 1 milyon 450 min ədədə, kredit kartlarının sayı isə 11 min ədəd artaraq 806 min ədədə yüksəlib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
2018-ci ilin sonu ilə müqayisədə isə yanvar-may ayları ərzində (ilk 5 ayda) cəmi ödəniş kartlarının sayı 457 min ədəd, o cümlədən sosial kartların sayı 65 min ədəd, əmək haqqı kartlarının sayı 84 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 361 min ədəd artıb. Kredit kartlarının sayı isə 54 min ədəd azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
3 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
5 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti








.jpg)


















