İdxalı qadağan olunan ölkədə yumurtanın qiyməti 2 dəfə artıb
İraq hökumətinin xarici ölkələrdən yumurta idxalını qadağan etməsi, iki həftə ərzində yumurta qiymətlərinin 2 dəfə artmasına səbəb olub.
Hər yerdə olduğu kimi İraqda da yemək süfrəsinin əvəzolunmazı olan yumurta son günlər qiyməti ilə danışılır.
"Marja" xəbər verir ki, İraq Kənd Təsərrüfatı Nazirliyi "Kifayət qədər yerli məhsul" olduğuna görə təxminən 20 növ ərzaq məhsulunun xaricdən idxalını qadağan edib. Qadağan edilən ərzaqlar arasında yumurta da var. Qadağa yumurta qiymətlərinin yüksəlməsinə səbəb olub.
Qadağadan əvvəl 2 min 500 İraq dinarına (2 dollar) satılan yumurtanın qiyməti dünən təxminən 5 min dinara (4 dollar) yüksəlib. Ölkədə yoxsul ailələr yumurtadan məhrum qalmağa başlayıb.
Terror təşkilatı İŞİD ilə davam edən 4 illik müharibənin və yerli hakimiyyətlərin Bağdad ilə 5 ildir yaşadığı münaqişə ölkədə iqtisadi çətinliklərə səbəb olub. İqtisadi çətinliklərin təsir göstərdiyi vətəndaşlar üçün bir kilo yumurta almaq çətinləşməyə başlayıb.
Qiymət artımından şikayətlənən bir vətəndaş, "Yalnız yerli məhsul olduğu üçün artıq müştəri də azalıb. Çünki buradakı insanlar başlıca olaraq Türkiyə yumurtasına vərdiş edib. Yerli məhsul həm keyfiyyətli deyil, həm də bahalıdır, buna görə satışlar azalıb" deyib.
Yumurta qiymətindəki artımın qarşısını almağa çalışan İraq Kürd Regional Rəhbərliyi isə İraqın digər rayonlarına yumurta satılmasını qadağan edib.
Ötən günlərdə İraq Kənd Təsərrüfatı naziri Saleh Hüsni ilə görüşmüş Türkiyənin Bağdaddakı səfiri Fatih Yıldız qadağanın götürülməsini istəyib, ancaq İraq tərəfi yerli məhsul ehtiyacı qarşıladığı üçün təklifi rədd edib.
İraqa yumurta ixrac etməyən Türkiyədə, maya dəyəri 35-36 kuruş olan yumurta 22-23 kuruşa satılır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
40 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 43 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























