Pauell: Bir çox üzv faiz endiriminin məqsədəuyğun olduğunu düşünür
ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauell, Bankın İyun iclasının ardından mətbuat konfransında açıqlamalar verib. Pauell, inflyasiyanın zəif qalmaqda davam etdiyini bildirib.
"Marja" xəbər veri ki, Pauell, Federal Açıq Bazar Komitəsində (FOMC) bir çox üzvün faiz endiriminin məqsədəuyğun olduğunu düşündüyünü bildirib.
Fed-in gələn məlumatları yaxından izləyəcəyini bildirən Pauell, qlobal iqtisadiyyatın gücü ilə bağlı narahatlıqların artdığını söyləyib.
Fed sədri, "Zəifləyən əks axınlar son həftələrdə yenidən ortaya çıxdı", - deyib.
"Üzvlər inflyasiyanın 2%-ə doğru yavaşca hərəkət etdiyini görür", -deyən Pauell, qeyri-müəyyənliklərə qarşı uyğun siyasət reaksiyasının müzakirə edildiyini ifadə edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Pauell, aşağı qlobal inkişafın dünyada inflyasiyanı zəiflətdiyini söyləyib və "Əks axınları yaxından izləyəcəyik. Fed risklərin təsirini gözləyib görmək istəyir",- deyib.
"İqtisadi artımı dəstəkləmək üçün alətlərimizi istifadə etməyə hazırıq". -deyən Pauell, sabit biznes investisiyalarının inkişaf etdirilməsinin lazım olduğunu bildirib.
"Qanuna görə dörd illik səlahiyyət müddətim var", -deyən Pauell, müddəti tamamlamağa niyyətli olduğunu bildirib.
Cerom Pauell, "Erkən hərəkət etməkdən çəkinməyə çalışcağız. Bütün mərkəzi banklar öz hədəflərinə fokuslanmışdır, - deyib.
Pauell, "Mümkün faiz endiriminin ölçüsünü hələ müzakirə etməmişik, faiz endirimi gələn məlumatlara və risklərdən asılı olacaqdır" deyib.
Xəbər verdiyimiz kimi, ABŞ Mərkəzi Bankı (Fed) İyun iclasında gözənildiyi kimi faizi dəyişmədi. Faiz 2.25% – 2.50% aralığında sabit saxlanılıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
40 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 43 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















