Qubaya "Hummer" ilə bahalı tur təklifi
Azərbaycanda 3200 manata tur təklif olunur.
Təklif olunan məbləği ödəməklə insanlar Quba rayonunda beş gün istirahət edə bilərlər. Qubada bu qiymətə istirahət təklifi isə sosial şəbəkədə təbii olaraq təəccüb doğurub. Hətta buna etiraz edənlər də var.
Fantastik məbləğə istirahət təklifinə nələrin daxil olduğunu aydınlaşdırmaq üçün turizm şirkəti ilə əlaqə saxladıq.
Məlum olub ki, tura - “Hummer H2” (limuzin), gündə altı dəfə qidalanma, beş ulduzlu hoteldə gecələmə (VIP), qolf oyunu, tennis və futbol meydançalarından istifadə, SPA (cakuzi, hovuz, sauna, masaj), boulinq və atıcılıq daxildir.
Şirkətin sədri Kamal Aken saytımıza açıqlamasında bildirib ki, 3200 manatlıq tur üç nəfər üçün nəzərdə tutulub:
“Biz vətəndaşı Qubaya “Hummer H2”də aparırıq. Bu maşınla beş günlük transfer 2000 manat edir. Sizcə, bu, normal deyil? Bizim Qubaya 15-20 manatlıq turlarımız da var. Bu tur isə VİP turdur və aşağıbüdcəli insanlar üçün deyil.
Bu turun konkret müddəti yoxdur. Kim nə zaman getmək istəyirsə, bir həftə öncədən bizə məlumat verir və biz turu təşkil edirik”.
Kamal Aken bildirib ki, tur-paketlə maraqlanan insanlar az deyil:
“Biz tur barədə məlumatı yaymışıq. İnsanlar zəng edir, soruşurlar. Artıq bu gün iki nəfər tur-paket almaq üçün yaxınlaşacağını bildirib”.
Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov bildirib ki, təklif edilən turun qiyməti 10 min manat da ola bilər:
“Bütün bunlar təklif olunan tur-paketdən asılıdır. Hər bir müştəri üçün özəl otaq var. Nəzərə alsaq ki, paketdə beş ulduzlu hotel təklif edib və beş gün üç nəfərin orada qalması təxminən 2500 manat təşkil edir.
İnsanlar istəyir, alsın, istəmir, almasın. Şirkət təklif edir, seçim insanlarındır. Məcburi heç nə yoxdur. Xaricdə daha baha qiymətə turlar təşkil edilir. Xaricdə 20-30 min manatlıq turlar var. Qiymət tura nəyin daxil olmasından asılıdır”.
AzTA sədri qeyd edib ki, insanların istirahəti üçün daha çox şərait yaradılmalıdır:
“Hazırda regionlarda münasib qiymətə tur-paketlər təklif olunur. Eyni zamanda, kəndlərdə evlər də kirayə verilir. Seçim çoxdur və bütün təbəqədən olan insanların istirahət etməsi üçün turlar təklif edilməlidir”.
Turizm üzrə ekspert Kənan Hənifəyev bildirib ki, təklif olunan qiymət realdır:
“Göstərildiyi kimi, VİP xidmətdir. Bu xidmət turizm sektorunda “VİP luxury” adlanır. Adamlar var, İstanbula tura gedirlər, 8-10 min dollar arası ödəniş edirlər”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© OXU
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
42 d. əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
-
- 43 d. əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
3 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
4 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 4 saat əvvəl
-
4 saat əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
5 saat əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
Ən çox oxunanlar
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb




















