Trampdan bazarlar üçün gözlənilməz açıqlama - NEFT KƏSKİN UCUZLAŞDI
ABŞ Prezidenti Donald Trampın ABŞ-ın Meksika məhsullarına gömrük tarifi tətbiq edəcəyini açıqlayaraq ticarət müharibəsində yeni bir cəbhə açması və buna bağlı olaraq neftə tələbin pisləşəcəyi proqnozlarının güclənməsilə əlaqədar olaraq neft qiymətləri düşür.
HƏMÇİNİN OXU: Trampdan Meksikaya qeyri-qanuni immiqrant vergisi
Tramp, Meksikanı ABŞ-a qeyri-qanuni immiqrant girişini dayandırması üçün bu ölkəyə 10 İyundan etibarən 5% əlavə gömrük vergisi tətbiq olunacağını və bu nisbətin 1 Oktyabrda 25%-ə qədər qalxa biləcəyini açıqlayıb. Açıqlamanın ardından Brent nefti 64 dollar, ABŞ xam nefti 55 dollar səviyyələrinə geriləyib.
Eyni zamanda ABŞ-da benzin ehtiyatları artıb və xam neft ehtiyatları cüzi azalıb. Bu məlumatlar dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da neft tələbinin düşməkdə olduğuna dair narahatlıqları artırıb. Dünən və bu gün neft qiymətləri 5%-dən çox düşüb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Trampın Meksika açıqlaması bazarlar üçün gözlənilməz bir addım olub və ABŞ- Çın ticarət müharibəsinin pisləşməsi ilə onsuz da narahat olan investorları sarsıdıb. Ağ Evin Avropaya əlavə gömrük vergisi tətbiq edəcəyi ehtimalı da güclənib. Ticarət müharibəsinin şiddətlənməsi ilə neftə tələbin pisləşəcəyi gözlənilir. Orta Şərqdə artan gərginliyə baxmayaraq, neft, Noyabr ayından bu yana ən böyük aylıq ucuzlaşmanı qeyd edib.
Analitiklər bildirirlər ki, Meksika məhsullarına gömrük tarifinin tətbiq edilməsi qlobal iqtisadi inkişaf üçün çox mənfi bir hadisədir, çünki ABŞ-ın Avropaya gömrük vergi tətbiq ediləcəyi ehtimalı artmış görünür. Bu "neft öküzləri" (neftin qiymətinin artacağını gözləyənlər) üçün də pis xəbərdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
40 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 43 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























