363,3 milyon manat sığorta haqqı, 2 milyona yaxın SMS
24 iyun 2011-ci il tarixdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş və 18 oktyabr 2011-ci il tarixdən qüvvəyə minmişdir. Qanuna edilmiş dəyişikliyə əsasən 16 dekabr 2011-ci il tarixdən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (bundan sonra AVSMMİS) müqavilələrinin İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə bağlanılmasına başlanılmışdır.
İcbari Sığorta Bürosunun yaydığı məlumata görə, 2012-ci ildə sığorta müqaviləsinin bağlanması barədə təsdiqedici və ya inkaredici məlumat almaq üçün 9707 SMS xidməti istifadəyə verilmişdir. Qeyd edək ki, 9707 SMS xidməti vasitəsi ilə hər il informasiya sistemindən sığortalılara bağladıqları müqavilə ilə münasibətdə 2 milyona yaxın SMS göndərilir.
5 il ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 4 660 318 müqavilə qeydiyyata alınmışdır. Qeyd olunan dövr ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 363 319 784 AZN olmuşdur.
2012-ci ilin yanvar ayından 2016-cı ilin noyabr ayına qədər 83 205 sığorta tələbi üzrə 107 152 789 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
Həmçinin 5 il ərzində Büro tərəfindən yol nəqliyyat hadisələrində zərərçəkən şəxslərə 401 kompensasiya tələbi üzrə 1 345 734 AZN məbləğində (2012-ci ildə 5000 manat, 2013-cü ildə 54 392 manat, 2014-cü ildə 253 276 manat, 2015-ci ildə 377 280 manat, 2016-cı il yanvar-noyabr ayları ərzində isə 655 786 manat) kompensasiya ödənişləri həyata keçirilmişdir.
01 noyabr 2016-cı il tarixindən etibarən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılması həyata keçirilmişdir. 2016-cı ilin 1 noyabr-15 dekabr tarixləri ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 96 585 elektron sığorta müqaviləsi qeydiyyata alınmış və bu dövr ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7 794 924.75 AZN olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























.jpg)
