Nazirlik Ucar sakininin iddialara münasibət bildirdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ucarın Qaradağlı kəndinin sakini Oruc Orucovun özünüməşğulluq proqramı ilə bağlı səsləndirdiyi iddialara münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Marja”ya verilən məlumata görə, Ucarın Qaradağlı kəndinin sakini Oruc Orucov 5 ay öncə proqram əsasında 21 baş xırda buynuzlu heyvanla təmin olunub, razılığını aktı imzalamaqla təsdiq edib.
Qeyd olunub ki, bu zaman xüsusi məmnunluq və minnətdarlıq ifadə etməsi onun öz razılığı ilə aparılmış video çəkilişdə də əksini tapıb: “Bu günlərdə O.Orucovun təsərrüfatının növbəti monitorinqi aparılıb və ona verilən 21 baş qoyunun sayının 5 ay ərzində 30-a çatdığı müəyyən edilib. O.Orucov özü də dövlətin bu dəstəyindən razılığını, təsərrüfatında işlərinin normal qaydada getdiyini, mal-qarasında gözlənildiyi qədər artımın olduğunu bildirib. Belə olan təqdirdə, O.Orucovun və onun kimi minlərlə vətəndaşın ailəsinin rifahına dəstək olan mühüm bir sosial proqram barədə əsassız yazı ilə ölkəmizin hər uğurunu aşağılamaq cəhdi qəbul edilməzdir”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
“Özünüməşğulluq proqramına ayırılan vəsaitin dövlətdən gizlədildiyi və mənimsənildiyi kimi əsassız fikirlər də növbəti iftiralardır. Təkcə 2018-ci ildə proqrama cəlb olunanların sayı 6 dəfə artıb, 7267 nəfər təlimləri uğurla başa vurmuş, onlardan 6018 şəxs aktivlərlə təmin edilib, vəsaitin xərclənməsində şəffaflıq təmin edilərək xidmət və istehsalat sahəsində 20%, kənd təsərrüfatı sahəsində isə 14% olmaqla, ümumilikdə 6,1 milyion manat qənaət əldə edilib.
Təchiz edilən iri və xırdabuynuzlu mal-qaraların keyfiyyəti ilə bağlı dəfələrlə KİV-ə məlumat verildiyi kimi bildiririk ki, proqram iştirakçılarına mal və materialların verilməsi prosesində həmin vətəndaşların razılığı xüsusi nəzərə alınır və aktlaşdırılaraq iştirakçının imzası ilə təsdiq edilir, habelə heyvanların sağlamlığına dair müvafiq baytar arayışı təqdim edilir. Ötən il proqram iştirakçılarına 29 min baş mal-qara verilib və təqdim edilmiş aktivlərin keyfiyyəti ilə bağlı monitorinqlər keçirlərkən, habelə vətəndaşların müraciətləri araşdırılarkən onlardan yalnız 119 heyvanın (0,4 faiz) qüsurlu olduğu müəyyən edilib və dərhal dəyişdirilib. Əlavə olaraq bildiririk ki, aktivlərin verilməsi zamanı vətəndaşın razılığı ilə bu prosesin foto və video çəkilişi də aparılır”- deyə məlumatda bildirilir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)









.jpg)





