Neftçilər Xəstəxanasına qarşı 1,5 milyonluq iddia
Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası (MNX) müqavilə əsasında əməkdaşlıq etdiyi “AGNA Service” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Xəbərə görə, MNX 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək həmin şirkətlə 2017-ci ildə imzaladığı müqaviləyə xitam verilməsi və şirkətin xəstəxana daxilində yerləşən və balansında olan sahədən istifadəsinə son qoyularaq onlara məxsus avadanlıqların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib.
Həmin şirkət xəstəxanada çamaşırxananı işlədib və bütün çamaşırların yuyulması ilə məşğul olub, buna görə şirkətə aylıq 10 min manat ödəniş olunub.
Cavabdeh tərəf olan “AGNA Service” MMC də məhkəməyə müraciət edərək qarşılıqlı iddia qaldırıb.
Şirkət ərizədə qeyd edib ki, MNX müqaviləni təktərəfli olaraq dayandırmaq cəhdinə görə onlara külli miqdarda zərər dəyib. Belə ki, MMC partnyor olduğu şirkətlər qarşısında öhdəliklərini yerinə yetirə bilsin deyə əlavə pul xərcləyib, işçiləri iş yerlərini dəyişib və şirkət qanunsuz şəkildə xəstəxanadan çıxarılıb, onların işıq və su xətti kəsilib, hətta maşınlarının xəstəxananın həyətinə girişinə qadağa qoyulub. Şirkət buna görə xəstəxanadan 100 min manat tələb edib.
Müqavilədə əməkdaşlıq müddəti 2020-ci ilin dekabr ayına kimi nəzərdə tutulduğu üçün şirkət həmin vaxta qədər hər ay üçün 10 min manat hesablanmaqla itirilmiş qazanc olaraq təxminən 200 min manat ödənilməsini istəyib. Eyni zamanda, MMC iddia edib ki, çamaşırxananın fəaliyyətə başlaması üçün 1 milyon manat yatırım edib və həmin məbləğin xəstəxanadan tutularaq onlara ödənilməsini tələb edib. Mənəvi zərərə görə MNX-nin rəhbərliyindən 100 min manat tutulmasını, görülmüş işlərə görə ödənilməmiş 30 min manat borcun ödənilməsini iddia edib.
Mərkəzi Neftçilər Xəstəxanasının istəyi ilə Əmlak Məsələləri Dövlət Komitəsi iş üzrə 3-cü şəxs qismində məhkəməyə cəlb olunub.
Sonuncu məhkəmə iclasında MNX və şirkətin nümayəndələri iştirak etmədiyi üçün iddia üzrə qərar qəbul edilməyib və baxılmamış saxlanılıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)







