Populyar hesab edilən şirkətlərdə xidmət səviyyəsi "zəif"dir - ARAŞDIRMA
"Business Insight“ şirkətinin təşəbbüsü ilə Bakı şəhərində fəaliyyət göstərən ticarət obyektlərində müştərilərə göstərilən xidmət səviyyəsinin qiymətləndirilməsi həyata keçirilib. Şirkətin öz maliyyə departamenti tərəfindən maliyyələşdirilmiş qiymətləndirmə "Gizli Müştəri“ araşdırması üsulu ilə aparılıb. Araşdırma 2019-ci ilin Fevral ayında həyata keçirilib.
"Marja" Araşdırmaya istinadən xəbər verir ki, "Business Insight“ın əməkdaşları xüsusi ssenarilər əsasında müştərilərə xidmət göstərən ön ofis işçiləri / satış nümayəndələri ilə müştəri qismində görüş keçiriblər. Real olaraq satış obyektlərindən məhsul, xidmət obyektlərindən isə xidmət alınıb.
Araşdırma vaxtı 64 müəssisənin müştəriyə birbaşa xidmət göstərilən ofislərinə ziyarətlər edilib. Hər obyektə isə 2 səfər həyata keçirilib.
Araşdırmaya cəlb edilən iş yerləri

Qiymətləndirmə 5 ballıq şkala üzrə aparılıb:
0 bal - Qətiyyən qəbul edilmir
1 Bal - Çox zəif
2 Bal - Zəif
3 Bal - Nə zəif, nə də yaxşı
4 Bal - Yaxşı
5 Bal - Ən yaxşı/Əla
Araşdırmanın nəticələrinə görə, Bakı şəhərində fəaliyyət göstərən və daha populyar hesab edilən obyektlərdə xidmət səviyyəsi 5 ballıq şkala üzrə 3.66 bala bərabərdir (73.2%):
"Yekun müqayisəli qiymətləndirmə ölçüsünün 3.66 bala bərabər olması isə onu göstərir ki, müştərilər ümumən onlara göstərilən xidmətlərdən məmnun deyillər. Araşdırma nəticələrinə uyğun olaraq yekun qiymətləndirmə ölçüsünün 4.00 baldan aşağı olması „ən rahat və müştəri yönümlü xidmət”ə sahib olmadığımızı göstərir“,- araşdırmada deyilir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Ən yüksək xidmət səviyyəsi Mobil operatorlarda, ən aşağı xidmət səviyyəsi isə Supermarketlərdə qeydə alınıb. Ən yaxşı interyer və korporativ geyim Banklar və Geyim mağazalarında, ən aşağı interyer və korporativ geyim isə Avtomobil mağazalarında qeydə alınıb. Baxmayaraq ki, banklarda ən yaxşı interyer və korporativ geyim tətbiq edilir, amma ən zəif xidmət 8 sektor arasında Supermarketlərdən sonra banklarda qeydə alınıb.
Reytinq: Xidmət səviyyəsinin sektorlar üzrə ümumi nəticələri

Araşdırma ilə ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)







