“ANS”dən 86 min manat tutulmasına qərar verildi
Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “ANS”i məhkəməyə verərək 86 min manat tələb edib.
Nazirliyin Teleradio İstehsalat Birliyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh, “ANS” Müstəqil Yayım və Media Şirkətindən 86 222,90 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunu alınaraq “Teleradio İB”yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edib.
İddia tələbi onunla əsaslandırılıb ki, “Teleradio” İstehsalat Birliyi ilə cavabdeh “ANS” arasında 2004-cü il sentyabrın 1-də müqavilə imzalanıb. Müqaviləyə əsasən “Teleradio” İB “ANS”-in avadanlıqlarına enerji təminatını, texniki xidmət, mühafizə və təhlükəsizlik xidmətlərini yerinə yetirib. Oxşar müqavilə 2010-ci il yanvarın 25-də Teleradio İB ilə ANS ÇM arasında da imzalanıb.
Birinci müqavilədən “ANS” TV-nin “Teleradio”ya 72 773,49 manat, ikinci müqavilədən “ANS ÇM”in isə 13 499,41 manat borcu yaranıb.
“Teleradio” yaranmış borcların ödənilməsi ilə bağlı dəfələrlə, sonuncu dəfə 2017-ci il iyulun 17-də müraciət etsə də, heç bir ödəniş olunmayıb.
“ANS” Müstəqil Yayım və Media Şirkətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, şirkətin nümayəndəsi məhkəmə iclasına gəlməyib.
Məhkəmə gedişatında “Teleradio” İB-nin nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, “ANS ÇM”in borcunu bağışlayaraq, yalnız TV-nin borcuna görə “ANS” şirkətindən 72 773,49 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Teleradio İstehsalat Birliyinə ödənilməsini xahiş edib.
Hakim Səbinə Nuriyeva iddianı təmin edib və qeyd olunan məbləğin “ANS”dən tutularaq Teleradio İstehsalat Birliyinə ödənilməsinə qərar verib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)









.jpg)





