İran Milli Bankı ilə Bakı meriyası arasında məhkəmə çəkişməsi davam edir
Bakı Şəhər İcra Hakimiyyətinin İran Milli Bankının Bakı filialına məxsus binanı sökməsi ilə bağlı məhkəmə çəkişməsi davam edir.
Bu barədə filialın audit hesabatına istinadən xəbər verir.
Xatırladaq ki, Bakı meriyasının yeni parkın tikintisinə dair 18 noyabr 2014-cü il tarixli sərəncamı ilə İran bankına məxsus, vaxtilə hazırda ləğv prosesində olan “Royal Bank” ASC-dən müsadirə edilmiş 9 295 963 manat dəyərində bina sökülüb. Tərəflər hələ də kompensasiya məsələsində razılığa gələ bilmirlər.
Bununla belə, Bakı filialının rəhbərliyi ümid edir ki, onların şərtləri qəbul ediləcək. Hazırda məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. İranlılar binanın sökülmə tarixində xalis qalıq dəyəri, yəni yığılmış köhnəlmə çıxılmaqla yenidən qiymətləndirilmiş dəyərinə bərabər məbləğdə kompensasiya – 9,4 mln. manat pul tələb edir. Bu məbləği 3 iyul 2013-cü il tarixində müstəqil qiymətləndirici şirkət müəyyən edib. Qiymətləndirilmə üçün istifadə edilmiş əsas əvəzedilmə dəyəri, diskontlaşdırılmış pul axını və bazar dəyəri metodlarının yığımı olub.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb


























